“Şaxtyor” bu dəfə aşkar autsayder “Levıy Bereq”i məğlub edə bilmədi. Arda Turanın komandası ilk yarıda hədsiz zəif təsir bağışladı. “Şaxtaçılar” yalnız hissənin sonunda canlandı ki, onda artıq hesab 0:1 idi – Vorobçak 18-ci dəqiqədə hesabı açmışdı. Oyunun axarından narazı qalan türkiyəli mütəxəssis fasilədə 4 oyunçunu dəyişdi. Bundan sonra komandanın oyun keyfiyyəti artdı. Ancaq yalnız bərabərlik qolunu vurmaq mümkün oldu. Son 4 turda 3-cü dəfə heç-heçə edən “Şaxtyor” artıq potensial liderliyi “Polesye”yə verib.
“Xarkov” son üç ayda ilk dəfə çempionatda uduzdu. Mladen Bartuloviçin komandası “Kolos”la səfər oyununda hədsiz çox qol imkanını əldən verdi. “Kolos”un qapıçısı Paxolyuk penaltini dəf etdi, oyunboyu 10 seyvlə yadda qaldı. Ramiq Hacıyev “Xarkov”un heyətində 90 dəqiqə meydanda oldu.
“Obolon”la qarşılaşan “Dinamo” oyunun taleyini ilk 21 dəqiqədə üç qol vurmaqla həll etdi. Kiyevlilər hələ də titula iddialılar sırasındadı. Onlar lider “Şaxtyor”dan 4 xal geri qalır, ancaq ehtiyatda bir oyunu da var.
Təbii ki, futbolda bütün seriyaların başa çatdığı gün olur. “Karpatı” 2013-dən bəri, yəni son 18 çempionat oyununda “Zarya”ya qalib gələ bilməmişdi. Nəhayət, bu seriyaya son qoyuldu. Kostenkonun 32-ci dəqiqədə vurduğu qolla qələbə qazanan lvovlular həm də turnir cədvəlində 4-cü pilləyə yüksəldi.
Səfərdə “Veres”i məğlub edən “Bukovina” bu komandanın qələbəsiz oyunlar seriyasını 6-ya çatdırdı. Turun dünən keçirilən son iki oyunundan birində “Episentr” sevindi, digərində Leandro Andradenin “Polesye”si xal itirdi.
13-cü tur
Şaxtyor – Levıy Bereq 1:1
Alison, 61 – Vorobçak, 18.
Şaxtyor: Riznık, Matturro (Matviyenko, 46), Bondar, Azarov (Traore, 79), Karavayev (Pedro Enrike, 46), Krıskiv (Qomes, 46), Karvalyo, Oçeretko, Neverton, Ferreyra (Alison, 46), Meyrelles.
Dinamo – Obolon 4:2
Kencyora, 3. Munqenqe, 16. Şola, 21. Şaparenko, 56-p. – Sıç, 24-öz qapısına. Poleqenko, 90-p.
Dinamo: Buşan, Tiare, Dubinçak, Kencyora, Sıç, Brajko (Lonveyk, 83), Pixalenok (Rubçinski, 75), Ba (Voloşin, 60), Munqenqe (Gerrero, 60), Şaparenko (Mixaylenko, 75), Şola.
Kolos – Xarkov 2:1
Tahiri, 18. Klimçuk, 82 – Kalyujnı, 1.
Karpatı – Zarya 1:0
Kostenko, 32.
Veres – Bukovina 1:3
Penkov, 22-öz qapısına – Qruşa, 50. Podlepenets, 62. Kravçuk, 64.
Çernomorets – Episentr 0:1
Kiryuxantsev, 28.
LNZ – Polesye 1:1
Pasiç, 6 – Veleten, 56.
11-ci turdan təxirə salınan oyun: Levıy Bereq – Bukovina 0:3 (Qruşa, 23; 69. Podlepenets, 90+1).
“Krivbass” – “Kudrovka” oyunu 32-ci dəqiqədə, hesab 1:0 qonaqların xeyrinə olarkən hava həyəcanı siqnalı üzündən dayandırılıb.
1. Şaxtyor 13 9 3 1 23-6 30
2. Polesye 12 9 2 1 26-9 29
3. Dinamo 12 8 2 2 20-11 26
4. Karpatı 12 6 4 2 23-8 22
5. Xarkov 10 7 0 3 19-9 21
6. LNZ 12 5 4 3 13-11 19
7. Zarya 13 5 3 5 14-16 18
8. Bukovina 13 3 7 3 14-14 16
9. Kolos 11 4 3 4 15-15 15
10. Episentr 13 3 4 6 12-16 13
11. Levıy Bereq 12 1 7 4 8-13 10
12. Çernomorets 12 2 3 8 8-14 9
13. Veres 13 2 3 8 8-21 9
14. Obolon 12 1 5 6 7-22 8
15. Kudrovka 12 2 2 8 12-29 8
16. Krivbass 10 1 4 5 8-16 7
Bombardirlər: Krasnopir (Polesye) – 9, Kostenko (Karpatı) – 7.
Növbəti turun oyunları noyabrın 27-30-u aralığında keçiriləcək: Levıy Bereq – Kolos, Dinamo – Çernomorets, Obolon – Zarya, Episentr – LNZ, Krivbass – Veres, Karpatı – Polesye, Kudrovka – Xarkov, Şaxtyor – Bukovina.
“Şaxtyor” son dörd turda 3-cü dəfə heç-heçə etdi - İCMAL
Dünya futbolu





