Muradın adı "Pafos"un Konfrans Liqası üçün iştirak ərizəsində

24.11.2026 17:57
Ölkə futbolu
"Pafos" Murad Məmmədovu Konfrans Liqası üçün iştirak ərizəsinə daxil edib.

"Football-plus.az" xəbər verir ki, bu, Mumi Nqamaleunun zədə almasından sonra reallaşıb.

Cənubi Kipr təmsilçisinin məşqçilər korpusu UEFA-nın reqlamentindən istifadə edərək, afrikalının əvəzinə siyahıya yığmamızın vingerini salıblar.

Kiprlilər noyabrın 26-da Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda "Midtüllann"ı (Danimarka) qəbul edəcək.