MLS-in tarixinə düşdü

24.11.2026 18:59
Dünya futbolu
MLS-in 2026-cı il mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi “Filadelfiya”nın yarımmüdafiəçisi Kavan Sallivan olub. O, 17 yaş 56 günlüyündə bu mükafata layiq görülüb. Kavan bununla da MLS-in tarixinə mükafatın ən gənc sahibi kimi düşüb.

Sallivan yekun səsvermədə “Nyu York Red Bullz”un iki futbolçusunu böyük fərqlə qabaqlayıb. Culian Holl 2-ci, Adri Mehmeti isə 3-cü yeri tutub.
Kavan MLS-in bu mövsümündə meydana çıxdığı 29 oyunda 9 qol vurub və 14 məhsuldar ötürmə edib. O, həmçinin ardıcıl 10 matçda qol və ya assistlə yadda qalıb. Bu, MLS-in tarixində yeniyetmə futbolçular arasında ən uzun belə seriyadı.

Yarımmüdafiəçinin uğurlu çıxışı ABŞ yığmasının məşqçilərinin də diqqətindən yayınmayıb. Kavan sentyabrda ilk dəfə ölkəsinin əsas komandasına dəvət alıb və ABŞ yığmasının tarixində start heyətində meydana çıxan 4-cü ən yeniyetmə futbolçu olub.