ÇL-in qalibi ''Fənər''in ulduzuna maraq göstərir

24.11.2026 15:40 9
Dünya futbolu
Qış transfer dönəmi yaxınlaşdığı bir vaxtda ''Fənərbaxça'' ilə bağlı yeni bir iddia gündəmə gəlib.

Belə ki, İstanbul nəhənginin vingeri Meyson Qrinvud PSJ-nin diqqət mərkəzinə düşüb. Çempionlar Liqasında son iki ilin qalibi olan Paris nəhəngi heyətdə ciddi problemlərlə üzləşib. Bu komanda Xviça Kvararatsxeliya və Dezire Due kimi iki aparıcı cinah oyunçusunu uzun müddətə itirib. Yanvarda həmin mövqeləri gücləndirməyi planlaşdıran Fransa çempionunun maraq göstərdiyi oyunçular arasında ingiltərəli ulduz da var. Amma PSJ hələ ki, ciddi addım atmağa tələsmir və seçim edir.

''Fənərbaxça''ya bu yay 39 milyon avro qarşılığında gələn və Türkiyədə heç də pis təsir bağışlamayan Qrinvuda PSJ-dən başqa sabiq klubu ''Mançester Yunayted'' və ''Atletiko'' da maraq göstərir. 25 yaşlı futbolçunun ''sarı-lacivərdlilər''lə 2030-cu ilə qədər müqaviləsi var.

Qrinvud bu mövsüm meydana çıxdığı 21 rəsmi oyunda aktivinə 11 qol, 4 məhsuldar ötürmə yazaraq 15 qolun vurulmasında yaxından iştirak edib.