Cerrardın aqibəti fevralın 1-də müəyyənləşəcək

31.01.2025 19:58 250
Dünya futbolu
Stiven Cerrard işini itirmək təhlükəsi ilə üzləşib.

“Əl-İttifaq”ın baş məşqçisi tezliklə vəzifəsindən ayrıla bilər. Böyük Britaniya mətbuatının məlumatına görə, Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi komandanın nəticələrindən narazıdı. Buna görə də 44 yaşlı mütəxəssisin istefaya göndərilməsi nəzərdən keçirilir. Cerrardın aqibətini ölkə kubokunun 1/8 final mərhələsinin “Əl-Əhli” ilə oyununun nəticəsin müəyyən edəcək. “Əl-İttifaq” – “Əl-Əhli” matçı fevralın 1-də keçiriləcək.

Cerrard “Əl-İttifaq”ı 2023-cü ilin yayından çalışdırır. Onun komandası Səudiyyə Ərəbistanı çempionatında 37 xalla 7-ci yerdədi.