Cerrardın təyinatı rəsmiləşdi

4.07.2023 18:21 219
Dünya futbolu
Gözlənildiyi kimi, Stiven Cerrard karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.


"Football-plus.az" xəbər verir ki, o, “Əl-İttifaq”ın baş məşqçisi təyin olunub. Klubun mətbuat xidmətinin məlumatında müqavilənin detallarına aydınlıq gətirilməyib.

Qeyd edək ki, “Liverpul”un sabiq yarımmüdafiəçisi və kapitanı məşqçilik karyerasına 2017-ci ildə bu klubunun gənclərdən ibarət komandasında başlayıb. 2019-cu ildə “Reyncers”i çalışdıran ingiltərəli mütəxəssis üç ildən sonra “Aston Villa”ya təyinat alıb. 2022-ci ilin oktyabrında bu komandadan istefaya göndərilib.