Henderson “Əl-İttifaq”da

26.07.2023 23:21 235
Dünya futbolu
Gözlənildiyi kimi, Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, ingiltərələri yarımmüdafiəçi bu həftə “Əl-İttifaq”la müqavilə imzalayacaq. 2011-ci ildən “Liverpul”da çıxış edən Henderson son mövsümdə bütün turnirlərdə 43 oyuna çıxıb və 3 məhsuldar ötürmə verib.

Qeyd edək ki, onun xidmətində “Liverpul”un keçmiş futbolçusu olan “Əl-İttifaq”ın baş məşqçisi Stiven Cerrard maraqlıdı.