Səudiyyə Ərəbistanında “Əl-İttifaq”ı çalışdıran Stiven Cerrard yetirmələrinin məşq vaxtını vaxtilə kapitanı olduğu “Liverpul”un oyun saatlarını nəzərə alaraq müəyyənləşdirdiyini etiraf edib.
Mersisaydlıların yetirməsi olan və 1998-2015 aralığında onların heyətində çıxış etmiş Cerrard komandanın oyunlarını izləmək üçün Səudiyyə Ərəbistanı klubunun məşqlərini məhz gecə saatlarına təyin etdiyini boynuna alıb:
“Liverpul”a az diqqət yetirmirəm. Bütün cədvəlimiz “qırmızılar”ın matçlarını nəzərə almaqla tərtib edilib. Oyunçular mənə kin bəsləyirlər: bəzən axşam saat 9 və ya 10-da məşq edirdik”.
Səudiyyə Ərəbistanının yerləşdiyi saat qurşağı Britaniyanınkını iki saat qabaqlayır. Məsələn, yerli vaxtla 15.00-da başlayan premyer-liqa matçları Səudiyyə Ərəbistanı vaxtı ilə 19.00 radələrində başa çatır.
Cerrard 2023-ün iyulundan “Əl-İttifaq”ı çalışdırır. 44 yaşlı mütəxəssisin çalışdırdığı komandanın cari mövsümdəki nəticələri elə də ürəkaçan deyil: mümkün 21 xaldan cəmi 10 xal. Ötən mövsümü isə komanda 6-cı yerdə bitirib.