Cerrard da Səudiyyə Əribistanına getdi

15.06.2023 18:52 263
Dünya futbolu
Nəhayət, Stiven Cerrardın yeni iş yeri müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, “Liverpul”un sabiq yarımmüdafiəçisi, 2017-ci ildən məşqçi kimi fəaliyyət göstərən 43 yaşlı mütəxəssis karyerasını Asiyada davam etdirəcək. İngiltərəli çalışdırıcı “Əl-İttifaq”ın baş məşqçi vəzifəsinə təyinat alıb. Bu barədə Səudiyyə Ərəbistanı klubunun saytı məlumat yayıb. Amma müqavilənin şərtləri ilə bağlı detallar açıqlamayıb.

Xatırladaq ki, “Əl-İttifaq” Səudiyyə Ərəbistanı çempionatının son mövsümünü 7-ci yerdə başa vurub.