Cerrard klubu ilə yenidən anlaşdı

22.01.2024 12:16 186
Dünya futbolu
Bir müddət əvvəl Stiven Cerrardın iş yerini tərk edə biləcəyi haqda şayiələr yayılmışdı. Lakin indi bu xəbərin həqiqətəuyğun olmadığı məlum olub.

“Əl-İttifaq” rəhbərliyi baş məşqçi ilə müqaviləni yeniləyib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, ingiltərəli mütəxəssisin yeni sözləşməsinin müddəti 2 illikdi. Onun əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər idi. Deməli, yaxın keçmişin məşhur futbolçusu komandanı 2027-ci ilin yayına qədər çalışdırmaq hüququ qazanıb.

Cerrard “Əl-İttifaq”ı ötən ilin yayından çalışdırır. Onun komandası Səudiyyə Ərəbistanı çempionatında 19-cu turdan sonra 8-ci yeri tutur.