• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Belə olmaz axı!" - Qurban Qurbanov hakimlərdən şikayətçidi...

Ölkə futbolu / Manşet

26-01-2025, 22:0

"Qarabağ" Misli premyer-liqasının evdə keçirilən 20-ci tur matçında "Turan Tovuz"a uduzdu - 1:2.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Məğlub olmaq istəməzdik. Təəssüf ki, uduzduq. Futbolçularım demək olar ki, 90 dəqiqə oyuna nəzarət etdi. Futbol bəzən belə çirkin tərəflərini göstərir. Bəzən bir dəqiqə içində hər şey alt-üst olur. "Turan Tovuz"u təbrik edirəm.

- Son iki oyunda künc zərbəsindən 4 qol buraxmısız. Bunun üzərində çalışırsız?
- FKSB ilə oyundakı problemlərdən danışdım. Bu oyuna gəlincə, qapıçı meydançasında cərimənin necə olduğunu bilirəm. Qapıçını 5 nəfər əhatəyə alırsa, topa çıxmağa qoymursa və buna reaksiya vermirlərsə, buna nə deyə bilərəm? Rəqib Şahruddini əllə, bədənlə itələyir. Bu, tək indi deyil. Neçənci dəfədi ki, belə olur. Biz həmişə qalib gələn komandanı təbrik etmişik. Lakin belə hallara reaksiya verilmirsə, əlbəttə ki, daha artığını edəcəklər. Qapıçı öz meydançasında toxunulmazdı. Razıyam ki, ikinci qolda səhvə yol verdik. Məncə, hakimlər belə epizodlara sadə yanaşır. Camaatın burda haqqı, əziyyəti var. Belə olmaz axı! 12 yaşlı uşaqlara hakimlik etmirsən ki! Düz nədisə, onu et. Demək olar ki, bütün oyunlarda belə hallara rast gəlirik. Təbii ki, məğlubiyyətin səbəbi bu deyil. Lakin iki əllə futbolçumuzu itələyirlər. Bu üzdən əsəbləşdim... Epizoda bəlkə 10 dəfə baxdım. Faiq Hacıyevin tapşırığı ancaq qapıçı ilə oynamaqdı. Başqa işi yoxdu! Şahruddin topa yaxınlaşmaq istəyir, Faiq onu itələyir. Bu, cərimə deyilsə, nədi? Top göydə olanda oyun saxlanılmalı idi... Nəysə... Rəqibi təbrik edirəm. Çox istəkli idilər.

- Hakimlərin qərəzli olduğunu düşünürsüz?
- Yox. Məncə, məsuliyyətsizdilər! Cavid Cəlilov qaydaları bilir. Əvvəlki komitə sədri ilə gəlib qanunları izah edirdi. Camaat aylardı ki, əziyyət çəkir... "Qarabağ" və ya "Neftçi" olsun. Bunun fərqi yoxdu.

- İcraiyyə Komitəsində bu məsələni qaldıracaqsız?
- Məncə, ehtiyac yoxdu. Ora bunu qabartmağın yeri deyil. Futbolçularımızdan tələb edirik. Məsuliyyət çox vacib şeydi. Aldığımız əməkhaqqına layiq olmalıyıq. Çünki, ailəmizi bu işlə dolandırırıq. Hamı bu cür yanaşmalıdı. Hakimlər də məsuliyyətli olmalıdı.

- Rəqibin penalti gözlədiyi epizodlar da var idi. Bunları necə şərh edərdiz?
- Olsaydı verərdilər. Saxlamazdılar.

- Musa meydandan çıxandan sonra Benzya hücumda oynadı. Bundan sonra da onu həmin mövqedə görə bilərik?
- Bütün oyunlarda yox. Hansısa oyunlarda ola bilər.

- Rəsmi danışıq apardığınız futbolçular var?
- Yox. Bir-iki futbolçuyla maraqlandıq. Dəqiq desək, özləri ilə danışdıq. Amma nəticə hasil olmadı. Hansısa futbolçuya görə rəsmi təklif göndərilməyib.

– Oyunçularınızın psixoloji durumunu necə dəyərləndirərdiz?
– Məncə, futbolçular çox yaxşı idilər. Sadəcə bir az daha hazırlıqlı olmaq lazım idi.

– İcraiyyə Komitəsindən getməyinizlə bağlı xəbər doğrudu?
– Xahiş edirəm, mənə bu barədə sual verməyin. Hələ ki, heç bir şey yoxdu.

– Əlinizdəki heyətlə çempion olacağınıza inanırsız?
– Başqa çıxış yolumuz yoxdu. Say olaraq transfer etmək istəmirik. Futbolçunu kollektivə uyğunlaşdırmaq asan deyil. Bəzən kluba, ölkəyə uyğunlaşmaq çətin olur. “Qarabağ”da oynamaq asan deyil. Həm çempionluq, həm avrokuboklarda iştirak tələb olunur. Çox ehtiyatlanırıq. Bir neçə belə oyun keçirsək, çempionluq əldən gedə bilər. “TOP-5” ölkələrində də belə hallar olur. Arxayınlaşmamalıyıq. 90 dəqiqə ərzində 3 xal əlimizdə idi... İndiki heyəti daha yaxşı toparlaya bilərəm nəinki yeniləri.

– Avropa Liqasındakı rəqibiniz “Olimpiakos” haqda nə düşünürsüz?
- Güclü rəqibdi. Sürətiylə seçilən komandalardan biridi. Məncə, daha rahat oynayacayıq. Çünki təzyiq az olacaq. Bu mövsüm yaxşı oyunlarımız oldu, amma nəticələrimiz ürəkaçan olmadı. İndi əlimizdəki futbolçuları qoruyub-saxlamalıyıq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

26-01-2025, 20:0

"Allah bizə yardım etdi, "Qarabağ" Azərbaycan futbolunun flaqmanıdı" - Kurban Berdıyev

Premyer-liqa / Manşet

10-11-2024, 21:0

"Böyük oyunlarda heyəti dəyişməyin tərəfdarı deyiləm" - Qurban Qurbanov qəribə start heyətini izah etdi

Ölkə futbolu / Manşet

1-11-2024, 21:0

“Rəqibin bizə xoş olmayan oyun üslubu var” – Qurban Qurbanov

Premyer-liqa / Manşet

24-08-2024, 20:0

“Belə məğlubiyyətlərin komandamıza xeyri daha çoxdu” - Qurban Qurbanov

Premyer-liqa / Manşet

1-12-2024, 21:0

"Birinci hissədə göstərdiyimiz performansdan razı qalmadım" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

3-11-2024, 19:0

“Bəzən belə məqamlarda oyunçunu əvəzləməklə ona fayda verirsən” – Azər Bağırov

Aktual
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
Son xəbərlər
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
Daha çox
Oxunub: 330
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 112
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə