Metro "Sabah"a görə xüsusi rejimdə işləyəcək

20.10.2026 12:36 36
Avrokuboklar
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Çempionlar Liqası matçında "Sabah"ın növbəti qarşılaşması ilə əlaqədar Bakı metropolitenində xüsusi iş rejimi tətbiq olunacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, stadionun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. "Yaşıl" və "bənövşəyi" xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.

"Sabah"ın Çempionlar Liqasının liqa mərhələsində Dortmund "Borussiya"sına qarşı oyunu bu gün saat 20.45-də başlayacaq.