“Borussiya” Bakıya hansı heyətlə gəlib? - iki yunan, bir türk, bir ekvadorlu...

20.10.2026 12:16 63
Avrokuboklar / Manşet
“Sabah” bu gün Çempionlar Liqasının liqa mərhələsində Dortmund “Borussiya”sını qəbul edəcək. Almaniya təmsilçisi Bakıya ardıcıl üç səfər matçından ibarət sıx qrafikin son dayanacağı kimi gəlir. Üstəlik “sarı-qaralar” son üç qarşılaşmada qələbə qazana, son iki oyunda isə rəqib qapısına yol tapa bilməyib.

Niko Kovaçın komandası üçün bu, sadəcə, uğursuz nəticələr seriyasını dayandırmaq imkanı deyil. Dortmund təmsilçisi Çempionlar Liqasında “Sabah”la oyuna qədər Norveçdə məğlubiyyət yaşayıb, bundesliqada isə xal itirib. Bununla belə, rəqibin hücum potensialı, heyətindəki oyunçuların fərdi keyfiyyətləri “Sabah”a ciddi problem yaradacaq.

9 oktyabr. “Borussiya” - “Verder” 2:2

“Borussiya” Daniel Svenssonun 80-ci, Niko Şlotterbekin 85-ci dəqiqədə vurduğu qollar ilə 2:0 önə keçsə də, hesabı qoruya bilmədi. Lüdovit Reys 88-ci dəqiqədə fərqi azaltdı, Niklas Füllkruq isə 90+2-ci dəqiqədə bərabərlik qolunu vurdu.

Start heyəti: Qreqor Kobel, Joan Qadu, Valdemar Anton, Niko Şlotterbek, Maksimilian Bayer, Cob Bellingem, Feliks Nmeça, Daniel Svensson, İtan Nvaneri, Marsel Zabitser, Seru Girassi.

63-cü dəqiqədə Fabio Silva Nvanerinin, 72-ci dəqiqədə Konstantinos Karetsas Zabitserin, Coui Verman Bellingemin əvəzinə meydana çıxıb.

14 oktyabr. “Bude/Qlimt” - “Borussiya” 1:0

Almaniya təmsilçisi Çempionlar Liqası çərçivəsində Norveç səfərindən məğlubiyyətlə qayıtdı. “Borussiya” Avropanın əsas klub turnirində ikinci matçında ilk xal itkisi ilə üzləşdi.

Start heyəti: Qreqor Kobel, Joan Qadu, Valdemar Anton, Rami Bensebaini, Daniel Svensson, Cob Bellinqem, Coui Verman, Maksimilian Bayer, Konstantinos Karetsas, Samuele İnasio, Fabio Silva.

60-cı dəqiqədə “Borussiya”nın heyətində dörd dəyişiklik olub. Karetsas, Verman, Silva və İnasio meydanı tərk edib, onları Nvaneri, Girassi, Ryuerson və Nmeça əvəz edib. 77-ci dəqiqədə də Bayer yerini Karni Çukvuemekaya verib.

17 oktyabr. “Union” - “Borussiya” 0:0

“Borussiya” topa sahib olsa da, təhlükəli hücumları qola çevirə bilmədi.

Start heyəti: Qreqor Kobel, Joan Qadu, Valdemar Anton, Niko Şlotterbek, Yulian Ryuerson, Cob Bellingem, Feliks Nmeça, Daniel Svensson, İtan Nvaneri, Maksimilian Bayer, Seru Girassi.

62-ci dəqiqədə Fabio Silva Nvanerinin, Konstantinos Karetsas Bayerin, 70-ci dəqiqədə Matis Albert zədələnən Karetsasın əvəzinə meydana çıxıb.

“Borussiya” Bakıya 24 futbolçu gətirib: Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek, Rami Bensebaini, Cob Bellinqem, Feliks Nmeça, Seru Qirassi, Maksimilian Bayer, Karni Çukvuemeka, İtan Nvaneri, Marsel Zabitser, Fabio Silva, Juan Qadu, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson, Patrik Dreves, Aleksander Mayer, Kauan Prates, Filippo Mane, Samuele İnasio, Matis Albert, Entso Duarte, Luka Recani.

Bakıya gəlməyən futbolçular:

Konstantinos Karetsas

“Union”la oyunda sonradan meydana çıxan gənc futbolçu zədələnib. Klubun idman direktoru Lars Rikkenin açıqlamasına görə, yunan yarımmüdafiəçinin ayağında bağ zədəsi var. O nə Bakıya gətirilib, nə də qarşıdakı “Ayntraxt”la oyunda iştirak edə biləcək.

Əmrə Can

Diz çarpaz bağının zədəsi səbəbindən uzun müddətə sıradan çıxıb. “Sabah”la görüş üçün açıqlanan heyətdə yoxdu.

Yannis Konstantelias

Yunan yarımmüdafiəçi dizindəki ciddi zədə səbəbindən bərpa prosesindədi. O da Bakıya gələn heyətə daxil edilməyib.

Castin Lerma

Ekvadorlu yarımmüdafiəçi əzələ zədəsi səbəbindən heyətdən kənarda qalıb.

“Borussiya”nın Bakıda güman olunan start heyəti (3-4-2-1): Kobel, Qadu, Anton, Şlotterbek, Ryuersson, Verman, Bellingem, Svensson, Bayer, Nvaneri, Girassi.

İSRAYIL XEYRULLAYEV