“Real” Vinisius Junioru bütün mümkün vasitələrlə müdafiə edəcək.
"Football-plus.az" xəbər verir ki, Madrid klubunun rəhbərliyi futbolçunun cəzası ilə bağlı apellyasiya şikayətinin rədd edilməsindən sonra İspaniyanın İdman üzrə İnzibati Məhkəməsinə (TAD) müraciət edəcək. Bu barədə jurnalist Gilyermo Ray “X” sosial şəbəkəsində məlumat yayıb.
Braziliyalı futbolçu La Liqanın 8-ci turunun “Vilyarreal”la oyununda (1:0) qırmızı vərəqə aldığı üçün İspaniya çempionatında 4 matçlıq diskvalifikasiyaya məruz qalıb. Junior həmin matçda rəqib komandanın futbolçusu Natan-Dilan Salibanın saçından tutduğu üçün qırmızı vərəqə almışdı.
Beləliklə, “Real”ın hücumçusu oktyabrın 25-də La Liqanın 10-cu turu çərçivəsində keçiriləcək “Barselona” ilə oyun da daxil olmaqla 4 matçı buraxacaq.
Klubu Vinisiusu sonadək müdafiə edəcək
Dünya futbolu





