Yenidən vətənində işləyəcək

20.10.2026 13:42 18
Dünya futbolu
Stiven Cerrard yenidən vətənində işləyəcək.

"Football-plus.az" xəbər verir ki, ingiltərəli mütəxəssis “Rekshem”i çalışdıracaq. Yerli mənbələrə görə, bu klubun rəhbərliyi hazırkı baş məşqçi Fil Parkinsonla yolları ayırmağa hazırlaşır. Uels təmsilçisinin rəhbərliyi bu vəzifədə məhz Cerrardı görmək istəyir. Təyinatın tezliklə açıqlanacağı gözlənilir.

“Rekshem” çempionşipdə 10 turdan sonra 11 xalla 17-ci yeri tutur. Komanda 2 qələbə qazanıb, 5 dəfə heç-heçə edib və 3 dəfə məğlub olub. Bu göstəricilər rəhbərliyi qane etmir.

Cerrard 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubundan ayrıldıqdan sonra işsizdir. O, hazırda “TNT Sports” telekanalında futbol eksperti kimi fəaliyyət göstərir.