"Bakıda da uğursuzluq yaşamaq qəbul edilə bilməz!" - "Bild"dən "Borussiya"ya xəbərdarlıq

20.10.2026 11:38 63
Manşet / Avrokuboklar
"Sabah"ın Çempionlar Liqasında "Borussiya" ilə qarşılaşacağı matça saatlar qaldı. Bəlkə də gecə saatlarında "Football-plus.az"ın xəbər lentində "bayquşlar"ın avrokubokların ən mötəbər klub turnirində daha bir tarixi uğura imza atdığı haqda informasiya görəcəksiz.

Bəllidi ki, təmsilçimizin üzərində oyunöncəsi təzyiq yoxdu. Kəskin səviyyə fərqinə görə, komandanın abırlı olmaq şərti ilə məğlubiyyəti də tez zamanda bağışlanacaq. Ancaq Dortmund təmsilçisi ilə bağlı vəziyyət fərqlidi. Bu barədə Almaniyanın məşhur nəşri "Bild" məlumat yayıb.

Həmkarlarımız "arılar"ın son oyunlarda üzləşdiyi uğursuzluğa toxunub:

"Borussiya" bundesliqada "Verder"lə oyunda 2:0 hesabı ilə önə keçsə də, buraxdığı qollar üzündən xal itirdi (2:2). Ardından Çempionlar Liqasında "Bude/Qlimt"in meydanında uduzdu (0:1). Bundesliqada sonuncu oyun da komanda üçün uğursuz keçdi. Dortmund təmsilçisi səfərdə "Union"la bacarmadı (0:0). Hazırda "Borussiya"nın əsas problemi ciddi yubanmadı. Komanda sanki sonradan özünə gəlir, yuxudan ayılır. Bəllidi ki, "arılar"da xaos yaşanır. Amma artıq bu durumdan xilas olmağın vaxtıdı. Bakıda da uğursuzluq yaşamaq qəbul edilə bilməz! Çünki belədə Dortmund təmsilçisinin Çempionlar Liqasında irəliləmək ehtimalı xeyli azalacaq. Mövcud xaos sürətlə bütün mövsümü əhatə edəcək xaosa çevriləcək".

Xatırladaq ki, BOS-da keçiriləcək "Sabah" - "Borussiya" qarşılaşması saat 20.45-də start götürəcək.

KƏNAN BAHADIR