“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası Gənclər Liqasında bu gün 3-cü oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv Bakıda Almaniya “Borussiya”sının (Dortmund) U-19 komandası ilə üz-üzə gələcək.
"Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 15.00-da başlanacaq. Görüşün baş hakimi Gürcüstan təmsilçisi Giorgi Avazaşvili olacaq.
“Sabah”ın U-19 komandası ilk turda səfərdə İngiltərə “Mançester Yunayted”inə 0:5, ikinci turda isə Bakıda Çexiya “Slaviya”sına 0:3 hesabı ilə məğlub olub.
"Sabah"ın U-19-u "Borussiya" ilə qarşılaşacaq
Avrokuboklar





