Bernardo Silva qışda klubunu dəyişə bilər.
“Yuventus” gələn ilin yanvarında portuqaliyalı yarımmüdafiəçini transfer etməyi planlaşdırır. Turin klubu orta xəttini gücləndirmək üçün ilk növbədə Silvanı hədəf seçib. Amma İtaliya nəhəngi futbolçunu mümkün namizədlərdən biri kimi nəzərdən keçirsə də, onunla birdəfəlik müqavilə imzalamağa hazır deyil. “Yuventus” Silvanı yalnız icarəyə götürməyi planlaşdırır.
Mümkün transferin reallaşması üçün tərəflər maliyyə şərtləri, xüsusilə də futbolçunun maaşının ödənilməsi məsələsində razılığa gəlməlidirlər. İtaliya klubu ümid edir ki, “Real” portuqaliyalı oyunçunun əməkhaqqının bir hissəsini ödəməyə davam edəcək. Bu, keçidin Turin təmsilçisi üçün daha əlverişli olmasına imkan verə bilər.
Mənbənin məlumatına görə, Silvanın hazırkı komandasında oyun vaxtı ilə bağlı problemləri də onun gələcəyinə təsir göstərə bilər. “Yuventus” yaranmış vəziyyətdən yararlanmağa çalışır. Bununla belə, mümkün transferin baş tutması üçün maliyyə və idman məsələləri üzrə razılıq əldə olunmalıdı.
“Real”dan qışda ayrıla bilər
Dünya futbolu




