Mbappe PSJ-nin başına iş aça bilər

15.01.2025 12:08 276
Dünya futbolu
Kilian Mbappe ilə PSJ arasında münasibətlərin nə yerdə olduğu çoxlarına bəllidi. Ulduz futbolçu sabiq klubunun başına iş aça bilər.

"Football-plus.az" xəbər verir ki, UEFA Kiliana olan borcuna görə parislilərə sanksiyalar tətbiq edə bilər. “Ekip” qəzetinin məlumatında Paris klubunun Klubların Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı ilə bağlı reqlamenti mümkün pozması səbəbindən UEFA-nın sanksiyalarına məruz qala biləcəyi qeyd edilir. Reqlamentə əsasən, avrokuboklarda iştirak edən klubların 15 iyul, 15 oktyabr 2024-cü və 15 yanvar 2025-ci il tarixlərinə qədər işçilərinə borcu olmamalıdı. Bu isə o deməkdi ki, PSJ bu ayın 15-ə qədər UEFA-ya sabiq oyunçusuna borcunun olmadığını sübut etməlidi.

Xatırladaq ki, Mbappe yayda PSJ-ni tərk edəndən sonra Fransa klubundan 55 milyon avro məbləğində maaş borcunu qaytarmasını tələb edib. Lakin parislilərin rəhbərliyi futbolçu ilə bu mövzuda şifahi razılığın olduğunu bildirib və borcu qaytarmaqdan imtina edib.