Mbappe 100 milyon avro irəli düşəcək

24.06.2024 19:10 302
Aktual
Kilian Mbappe sabiq klubundan 100 milyon avro alacaq.

“Football-plus.az” xəbər verir ki, “Marca” qəzetinin məlumatına görə, PSJ-nin menecerləri klubun futbolçuya ödəməli olduğu 100 milyon avro maaş borcu ilə bağlı vəziyyəti həll etmək üçün danışıqlar aparırlar. Tərəflərin razılığa gəlməyə yaxın olduqları da bildirilib. Fransa klubu məlum məbləği Mbappeyə ödəyəcək. Bu məbləğə futbolçunun maaşı və bonuslar daxildi.

Xatırladaq ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edirdi. O, PSJ-dən ayrılaraq azad agent kimi “Real”la müqavilə bağlayıb.