Mbappe məhkəmə qarşısına çıxacaq

1.10.2024 05:54 159
Dünya futbolu
Kilian Mbappenin PSJ ilə məhkəmə işi davam edir.

Fransa mətbuatının xəbərinə görə, “Real”ın 25 yaşlı futbolçusu oktyabrın 15-də Fransa Peşəkar Futbol Liqasının (FPFL) Birləşmiş Apellyasiya Şurası qarşısında Paris klubu ilə məhkəməyə çıxacaq.

Buna PSJ-nin FPFL-in Hüquq Komitəsinin qərarından apellyasiyaya verməsi səbəb olub.

Xatırladaq ki, Killian bu yay PSJ-ni tərk edəndən sonra Fransa klubundan 55 milyon avro məbləğində maaş borcunun qaytarmasını tələb edib. Lakin PSJ rəhbərliyi futbolçu ilə şifahi razılığın olduğunu əsas gətirərək borcu qaytarmaqdan boyun qaçırır.