• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Mənə dedilər ki, sən gəl məşqini keç, evinə get, başqa nəyəsə qarışma" - “Mingəçevir”in qapıçılar üzrə məşqçisi

Aktual / Ölkə futbolu

1-01-2025, 08:0

Xəbər verdiyimiz kimi, “Mingəçevir”in danışılmış oyunlarla bağlı saxlanılan futbolçuları siyahısına əsasən əsas şübhəlilərin adına aydınlıq gəlib.

“Football-plus.az” xatırladır ki, söhbət yarımmüdafiəçi Muxtar Nəzərliylə qapıçı Mövlan Kərimovdan gedir. Biz həm də Muxtarla bağlı ətraflı bilgi almaq məqsədilə komandanın sabiq baş məşqçisi Ədəhim Niftəliyevlə əlaqə saxlamaq istəsək də, suallarımızı nəinki cavablamaq, eşitmək belə istəmədi. Bu öz yerində.

Bəs qapıçı Mövlanla bağlı durum nə yerdədi? Onun transferi hansı məqamlara əsasən reallaşıb? Ümumiyyətlə, Mövlan haqda fikirlər hansı yöndə olmalıdı?

Bu suallarla “Mingəçevir”in qapıçılar üzrə məşqçisi Elnar Kərimova müraciət etdik. Onun cavabı:

“Komandada daha əvvəl də çalışmışam. İcazənizlə fikrimi ətraflı izah edim. Bu yola Azər Həşimovla çıxmışam. “Mingəçevir”də ilk dəfə bu mütəxəssisin rəhbərliyi altında işləmişəm. Və onlardan hansısa hörmətsizlik görməmişəm. O vaxt Azər müəllim mənimlə görüşdü və bildirdi ki, qapıçıların transferi, ümumi hazırlıq səviyyəsi və performansı mənim məsuliyyət daşıdığım məsələdi və məndən lazımi hesabatlar tələb edəcək. “Baş üstə” deyib işimi gördüm. Ortaya yaxşı nəticələr də çıxardıq. Daha sonra Şəhruz Mustafayevlə birgə çalışdım. Mənə dedi ki, qapıçılarla bağlı nəyəsə qarışma! Ardınca Sönməz Quliyevlə işlədim. Sönməz müəllimlə də Azər müəllimlə olduğu kimi razılaşdıq. Hətta “Şamaxı”ya qarşı matçda meydana çıxdım. Yadımdadı, həmin vaxt 8 il idi forma geymirdim. Şükür Allaha, həmin oyunda rəqibimizi evində məğlub etdik. Elə “Şamaxı”da Ramiz Məmmədovla çalışanda da işlərim qaydasında idi. Hansısa hörmətsizlikdən söhbət gedə bilməz. Nəticədə ölkə futboluna Abdulla Seydəhmədov kimi qapıçı qazandırdıq. Yəni bu komanda da mənimlə işbirliyi etdi. Amma “Mingəçevir”də fərqli oldu. Bəli, o vaxt Ədəhim Niftəliyev qapıçı Toğrul Məhəmmədəliyevi də kollektivdən uzaqlaşdırdı. Əvəzində Mövlan Kərimovu gətirdi. Mənə dedilər ki, sən gəl məşqini keç, evinə get, başqa nəyəsə qarışma. Nə etirazım işə yaradı, nə də sözümü dinləyən oldu. Həmin vaxt bildirdim ki, Mövlanı araşdırmışam, haqqında yaxşı sözlər deyilmir. “Mingəçevir” onunla uğur qazana bilməyəcək. Dinləyən olmadı. Dedilər ki, belə olmalıdı. Rəhbərlik də məni çağırıb bildirdi ki, Ədəhim bəy nə deyirsə, odu. Yəni bu transferin baş tutmasında və Mövlanın “Mingəçevir”in formasını geyməsində hansısa rolum olmayıb, sadəcə məşq keçmişəm. Həmin vaxt Torğulun komandadan uzaqlaşdırılmasının yanlış addım olduğunu demişdim. Ümumiyyətlə, lazımi qurumlardan bu məsələnin ətraflı araşdırılmasını, günahkarlar varsa, cəzalandırılmasını xahiş edirəm. Amma qəti qərarla. Futboldan uzaqlaşdırılanlar gələcəkdə hansısa yollarla gəlib bu sahədə çalışmasın. Elə insanlar futoblumuza xeyir verə bilməz. Onların “futbol” ifadəsini işlətməsi belə qadağan edilməlidi. İfadəmə görə üzr istəyirəm, amma oyunu satmaqla, onminlərlə əhalisi olan şəhərin adına ləkə gətirməklə şərəfini satmaq eynidi. Bu məsələni araşdıranlara, xüsusilə hüquq-mühafizə orqanlarına çox təşəkkür edirəm. Onu da deyim ki, sonuncu klubdaxili iclasda iştirak etməmişəm. Orda nələrin yaşandığından xəbərim yoxdu”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

31-12-2024, 13:0

“Mingəçevir”də saxlanılanların sayı artdı - əsas şübhəlilər bilindi!

Aktual / Ölkə futbolu

29-12-2024, 10:0

“Mingəçevir”in yeni baş məşqçisi bu iki şəxsdən biri olacaq

1-ci liqa / Manşet

5-07-2024, 22:0

Bölgə klubunun baş məşqçisi nigarandı – bu problem maneə yaradır

Aktual / Ölkə futbolu

31-12-2024, 09:0

Bakıdakı rəhbərlik də Niftəliyevin “qələmini qırdı”! – paytaxtda əyləşən kimdi?

Aktual / Ölkə futbolu

31-12-2024, 17:0

Niftəliyev mövsümün əvvəlində “Mingəçevir”də şok addım atıb? – İDDİA

1-ci liqa

11-10-2022, 17:0

"Mingəçevir"də danışılmış oyunlarla bağlı seminar

Aktual
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
Son xəbərlər
  • Bu gün, 18:26
    Birmingemdən Londona yollandı
  • Bu gün, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Bu gün, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Bu gün, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Bu gün, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Bu gün, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Bu gün, 14:41
    “Dinamo”da kimlər var?
  • Bu gün, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Bu gün, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 174
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə