Millerlə Hacıyev əməliyyat olunacaq

31.12.2024 15:36 310
Aktual / Ölkə futbolu
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Neftçi” ilə oyundan sonra jurnalistlərə açıqlama verərkən Roderik Millerlə Faiq Hacıyev əməliyyat olunacağına görə yeni futbolçulara ehtiyac duyduqlarını söyləyib.

Bu iki futbolçu hansı zədədən əziyyət çəkir? Nə vaxt əməliyyat olunacaqlar? Bu sualları “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə ünvanladıq:

“Hər ikisinin dizində zədə var. Ən qısa müddətdə həkimlərin nəzarəti altında əməliyat olunmalıdılar. Bərpa və qayıdış dönəmi artıq əməliyatın gedişindən və futbolçuların özündən asılı olacaq”.

ƏSƏD SEYİDOV