"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevin azarkeşlərlə görüşü keçirilib.
”Football-plus.az” xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən görüşdə klubun gələcək planları, strategiyası, əsas komanda və akademiya ilə bağlı ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb. Ehtiram Quliyev azarkeşlərin təklif və problemlərini dinləyib, suallarına aydınlıq gətirib.
Azarkeşlər klub rəhbərinə hansı təklif və problemləri çatdırıb? Bu sualı “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə ünvanladıq:
“Bir çox məsələ müzakirə olundu, təkliflər irəli sürüldü. Yəni konkret nəyinsə üzərində durmağa ehtiyac yoxdu. Azarkeşləri maraqlandıran, narahat edən bütün mövzularda söhbət aparılıb”.
ƏSƏD SEYİDOV