Onun bu gün Türkiyədə əməliyyat olunacağı deyilir. Görəsən, Boualinin zədəsinin xarakteri nədi? Türkiyədə əməliyyat olunandan sonra vətəninə qayıdacaq, yoxsa Azərbaycana? Buradakı müalicə niyə effekt vermədi?
“Football-plus.az” bu sualları “Səbail”in mətbuat xidməti rəhbəri Rəşad Məmmədova ünvanladı:
“Müalicə ilə də sağalmaq ehtimalı var idi. Əməliyyat olundarısa, bərpa vaxtı uzanacaqdı. Amma problemi birdəfəlik həll olunurdu. Ona görə də İstanbula gedib. Bu gün əməliyyat olunacaq. Yəqin ki, 2-3 aya tam hazır vəziyyətə gələcək. Çox güman, bərpa prosesini burda davam etdirəcək”.
ƏSƏD SEYİDOV





