Mövsümə zəif başlayan ''Samsunspor'' əsas qol silahını itirmək üzrədi.
Belə ki, Marius Muandilmaci ''Olimpiakos''a transfer olunmağa hazırlaşır. Yunanıstan nəhəngi ilə Türkiyə təmsilçisi arasında bu transferlə bağlı 9 milyon avroluq anlaşma əldə olunub. ''Olimpiakos'' bu məbləği 4 hissəyə bölərək ödəyəcək.
Klublar anlaşdıqdan sonra ''Olimpiakos'' futbolçunun özü ilə də razılığa gələrək onu Yunanıstana dəvət etdi. Çadlı hücumçu son şərtləri razılaşdırmaq və tibbi müayinədən keçmək üçün Yunanıstana yollanıb. Tibbi müayinə zamanı bir problem yaranmasa, keçid ən qısa müddətdə açıqlanacaq.
Muandilmaci yeni klubunda illik 1,3 milyon avro qazanacaq.
2023-dən Türkiyədə çıxış edən 28 yaşlı futbolçu ''Samsunspor''da keçirdiyi 119 qarşılaşmada aktivinə 44 qol, 13 məhsuldar ötürmə yazıb.
''Samsunspor'' qol silahını ''Olimpiakos''a satdı
Dünya futbolu






