Moreno nə vaxt əməliyyat olunacaq? – “Neftçi” rəsmisi açıqladı

20.09.2024 14:54 145
Aktual / Ölkə futbolu
“Neftçi” uzun müddətdi Brayan Morenonun xidmətindən yararlana bilmir.

Kolumbiyalı hücumçu zədədən əziyyət çəkir. Maraqlıdı ki, Morenonun adı cari mövsüm üçün iştirak ərizəsinə də salınmayıb. 25 yaşlı legionerin ayağındakı zədə ilə bağlı cərrahi müdaxiləyə ehtiyac duyduğu deyilsə də 2 aydı heç nə yoxdu.

Bəs Brayan nə vaxt əməliyyat olunacaq? “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının “Football-plus.az”a verdiyi açıqlama belə oldu:

“Moreno əməliyyat olunacaq, onu gözləyirik. Dizində, bildiyiniz kimi, zədəsi var. Amma nə vaxt əməliyyat olunacağı bilinmir”.

RÖYANƏ OĞUZ