Okan Burukun yeni sistemi müdafiədə ''error'' verdi

4.12.2024 12:18 315
Dünya futbolu
''Eyüpspor'' ilə 2:2 bərabərə qalaraq çempionluq yarışında çox mühüm 2 xal itirən ''Qalatasaray''da bir məqam diqqəti cəlb etməyə başlayıb.

Okan Buruk Avropa Liqasında ''Elfsborq''a qarşı oyundan etibarən 3 müdafiəçili, yəni 3-4-1-2 sisteminə üstünlük verməyə başlayıb. Həmin vaxtdan bu yana yalnız ''Beşiktaş''la derbi istisna olmaqla komanda bütün oyunları 3 müdafiəçili taktika ilə keçirib.

Düzdü, ''Aslan'' bu taktika ilə keçirdiyi 6 qarşılaşmanın heç birində məğlub olmayıb (4 qələbə, 2 heç-heçə). Amma necə deyərlər, medalın o biri üzü də var. ''Qalatasaray'' bu sistemlə ''Elfsborq'' (4:3), ''Tottenhem'' (3:2), ''Alkmaar'' (1:1), ''Samsunspor'' (3:2), ''Eyüpspor'' (2:2) və ''Bodrum''a (1:0) qarşı keçirdiyi oyunların yalnız birində qapısını toxunulmaz saxlayıb və ümumilikdə 10 qol buraxıb! Bu da o deməkdi ki, ''sarı-qırmızılar'' artıq hər oyuna orta hesabla 1,6 qol buraxmağa başlayıblar.

Halbuki komanda adəti üzrə 4 müdafiəçi ilə oynadığı mövsümün ilk 12 rəsmi matçında yalnız 12 qol buraxmışdı. Bu da orta hesabla hər oyuna 1 buraxılan qol demək idi. Təcrübəli məşqçinin yenidən əvvəlki sistemə dönəcəyi bildirilir.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul