• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” “Tüpraş Stadionu” lənətinə son qoya biləcəkmi?

Dünya futbolu

3-03-2024, 16:0

Bu həftəsonu Türkiyə çempionatında mövsümün ən önəmli oyunlarından biri keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, son bir həftədə əvvəlcə Avropa Liqası, sonra da Türkiyə kuboku olmaqla 2 turnirdə mübarizəni dayandıran, superliqada isə “Fənərbaxça” ilə amansız çempionluq mübarizəsi aparan “Qalatasaray” “Beşiktaş”ın qonağı olacaq. “Sparta” və “Fatih Karagümrük”ə məğlubiyyətlərdən sonra gözünü yalnız superliqaya dikən “Cim-Bom”u çox ciddi sınaq gözləyir. Məsələ burasındadı ki, həm son illərdə “Qalatasaray” bu rəqibə səfərdə, adətən, uduzur, həm də Fernando Santuşun təyinatından bəri “Qartal”ın müdafiəsi keçilməz qalaya çevrilib. Təkcə bir faktı vurğulayaq ki, “ağ-qaralar” indiyə qədər Santuşun başçılığı altında doğma “Tüpraş Stadionu”nda keçirdikləri 6 rəsmi oyunun heç birində (!) qol buraxmayıb. Komanda bu müddətdə evdə superliqada “Fatih Karagümrük” (3:0), “Adana Dəmirspor” (0:0), “Trabzonspor” (2:0), “Konyaspor” (2:0), eləcə də kubokda “Eyupspor” (4:0) və yenə də “Konyaspor”a (2:0) qarşı oyunlarda qol buraxmayıb. Ümumilikdə “Qartal” portuqaliyalı çalışdırıcı ilə keçirdiyi 11 rəsmi oyunun 8-də qapısını toxunulmaz saxlayıb. Bundan başqa, “Qalatasaray” indiyə qədər heç vaxt “Tüpraş Stadionu”nu fəth edə bilməyib! “Beşiktaş” 2016-cı ilin aprelindən ev oyunlarını bu arenada keçirir və indiyə qədər burda “Qalatasaray”a qarşı 7 oyundan 6 qələbə, 1 bərabərliklə ayrılıb. Özü də həmin bərabərlik komandaların bu stadiondakı ilk oyununda – 2016-cı ilin sentyabrın 24-də qeydə alınlıb (2:2). Başqa sözlə desək, “Beşiktaş” prinsipial rəqibini son 6 mövsümün hər birində evə əliboş yola salıb! Hərçənd bir məqamı unutmayaq ki, “Fənərbaxça” da bu mövsümə qədər bu stadionda “Beşiktaş”ı superliqa çərçivəsində məğlub edə bilməmişdi. Amma bu seriya cari mövsümün ilk dövrəsindəki derbidə qırıldı. Son 10 mövsümə nəzər salsaq, “Qalatasaray” “Beşiktaş”ı səfərdə cəmi 2 dəfə məğlub edib. Okan Burukun dönəmində Türkiyə çempionatında “Aslan” prinsipial rəqiblərlə oyunlarda çox yaxşı təsir bağışlayır. Son 2 mövsümdə komanda “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”a qarşı keçirdiyi 10 superliqa matçının yalnız birində məğlub olub (7 qələbə, 2 heç-heçə). Həmin yeganə məğlubiyyət ötən mövsüm məhz “Beşiktaş”la səfərdəki oyunda qeydə alınıb (1:3).
Hakimə gəlincə, ilin ilk böyük İstanbul derbisi Xəlil Umut Melerə tapşırılıb. Bilindiyi kimi, bu ədalət təmsilçisi dekabrda “Ankaragücü”nün artıq sabiq prezidenti Faruk Koca tərəfindən yumruqlanaraq fiziki təzyiqə məruz qalmışdı. Buna baxmayaraq, Meler hazırda Türkiyənin bir nömrəli hakimi sayılır. Maraq üçün bildirək ki, indiyə qədər “Beşiktaş” 37 yaşlı ədalət təmsilçisinin idarə etdiyi 23 qarşılaşmadan 9 qələbə, 5 heç-heçə, 9 məğlubiyyət, “Qalatasaray” isə 23 oyundan 17 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət ilə ayrılıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu / Manşet

9-08-2022, 14:0

Superliqanın ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

3-06-2023, 19:0

Mahir oynadı, "Konyaspor" son ev matçında xal itirdi

Dünya futbolu

13-02-2024, 18:0

Türkiyə kubokunun yarımfinalında hansı derbini izləyə bilərik?

Dünya futbolu

1-03-2024, 00:0

27 tura 100 penalti!

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Bu gün, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Bu gün, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Bu gün, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Bu gün, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Bu gün, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Bu gün, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə