Təbii ki, ağla oyunçunun zədəli olması, dəvət almaması, alsa da, qəbul etməməsi, bəlkə də milli karyerasını bitirməsi gəlir.
Həqiqəti öyrənmək üçün qapıçının özüylə əlaqə saxladıq.
Onun “Football-plus.az”a cavabı:
“Nə karyeramı bitirmişəm, nə də zədələnmişəm. Şükür Allaha, hər şey qaydasındadı. Dəvət də gəlib. Sadəcə, Qazaxıstan çempionatında millinin oyunlarıyla bağlı fasilə yoxdu. Noyabrın 1-i, 2-si, 8-i və 9-u oyunlarımımız var. “Astana”nın əsas futzalçılarından biri olduğum üçün çətin rəqiblərlə oyunlarda komandama kömək etməliyəm. Əlbəttə, millimiz üçün həmişə hazıram. Sadəcə, bu dəfə təlim-məşq toplanışına çata bilməyəcəkdim. Yığmamız sabah bir araya gələcək. Vəziyyəti rəhbərliyə və baş məşqçimiz Vitali Borisova izah etdim. Məni anlayışla qarşıladılar”.
Qeyd edək ki, yığma sabahdan noyabrın 2-dək Bakıda məşq edəcək. Komanda noyabrın 3-dən 6-dək Bosniya və Hersoqovinada təlim-məşq toplanışı, 4-də və 5-də isə bu ölkənin yığmasıyla iki yoldaşlıq oyunu keçirəcək.
KƏNAN BAHADIR





