“Football-plus.az” bu sualla Xətai bəyə müraciət etdi:
“3-cü turda keçirilən “Yasamal Bakı” - “Neftçi” İK oyununda əzələmi dartdım. Düzdü, çox ciddi zədə deyil, lakin meydana çıxsam, təhlükəylə üzləşə bilərəm. Onsuz da uzun müddət zədəli olduğumuza görə müalicə aldım. Matçı izləyənlər arasında yığmamızın baş məşqçisi Vitali Borisov da var idi. Mənə elə gəlir ki, bu üzdən dəvət edilməmişəm”.
Xatırlayırsızsa, həm Xətai Bağırov, həm də İsa Atayev Belçikanın “Beşiktaş Gent” klubundan təklif aldığından “Araz-Naxçıvan”dan ayrılmışdı və legioner həyatı yaşamağa hazırlaşırdı. Futzalçıdan həmin məsələnin necə nəticələndiyi haqda bilgi aldıq:
“Sənəd problemi yarandığına görə transferimiz baş tutmadı. Belədə İsayla birgə “Neftçi”dən gələn təklifi qəbul etdik. Müqaviləmizin müddəti mövsümün sonunda başa çatır. Hələ də “Beşiktaş Gent”lə əlaqədəyik. Ola bilər ki, bu məsələ gələcəkdə yenidən gündəmə gəlsin”.
KƏNAN BAHADIR


