Qapıçının budəfəki gedişi birincidəkindən daha səssiz, daha qəti oldu. 2018-ci ildə “Qəbələ”yə pənah aparann qolkiper daha çox qınağa tuş gəlmişdi. Bu dəfə isə Aqil karyerasını bitirdiyini əsas gətirib, “Neftçi”dən bu üzdən ayrıldığını açıqladı.
Futbolçu karyerasını bitirəndən sonra ona klubdan “qal, işlə” deyən də olmayıb. Bəs 35 yaşlı Aqil gələcək karyerası barədə qərar veribmi, yoxsa futboldan ömürlük uzaqlaşıb?
Bu barədə dəqiq bilgi almaq üçün futbolçunun özüylə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Karyeramı bitirmişəm, amma futboldan uzaqlaşmayacam. Hazırda istirahətdəyəm. Ona görə iş barədə düşünmürəm. Bakıya qayıdandan sonra bir qərara gələcəm. İndi hansısa real təklif də yoxdu”.
RÖYANƏ OĞUZ



