• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” “Barselona”nın acığını autsayderdən çıxdı - İCMAL

Dünya futbolu

31-10-2024, 13:0

Turun açılış matçında Mayntsdan 1 xalla dönən Münhenqladbax “Borussiya”sı bu mövsüm ilk dəfə heç-heçə oynadı.

Şənbə gününün oyunları meydan sahiblərinin qələbələri ilə başladı. Ötən həftəiçi Çempionlar Liqasında səfərdə “Yuventus”u yenməklə böyük sürprizə imza atan “Ştutqart” bu dəfə debütant “Holştayn”dan üstün oldu. Sebastyan Höness şvabiyalıların başında 50-ci bundesliqa matçında 29-cu qələbəyə sevindi ki, bu da klub rekordunun təkrarlanması deməkdi. Daha öncə eynilə bu göstəriciyə 1982-ci ildə Helmut Benthaus nail olmuşdu. “Leyptsiq” hələ ki “Bavariya”nı özündən irəli buraxmaq istəmir. “Öküzlər” heç də zəif olmayan “Frayburq”la ev oyununda fasiləyə geridə yollansalar da, ikinci hissədə vəziyyəti dəyişməyə müvəffəq oldular. Qeyd edək ki, 8 tura 20 xal “Leyptsiq”in bundesliqada yeni rekordudu. Turun əsas geridönüşü və sürprizi Auqsburqda qeydə alındı. Nuri Şahinin başçılığı altında Dortmund “Borussiya”sı üçün uğursuz günlər davam edir. “Santyaqo Benrabeu”da qeydə alınan fiaskodan sonra “arılar” bu dəfə bundesliqanın ortababına boyun əydilər. Ardıcıl 2-ci rəsmi oyunda Malenin hesabı açması komandaya düşərli olmadı.

Bu oyunda daha bir maraqlı hadisə Kabarın debüt oyununda qırmızı vərəqə alması oldu. 18 yaşlı müdafiəçi 2-ci hissədə meydana çıxdı və 22 dəqiqə ərzində iki sarı vərəqə aldı. Bundesliqada mövsümün 3-cü məğlubiyyəti ilə barışmalı olan ÇL-in son finalçısı artıq zirvədən 7 xal geridədi. Rəhbərliyin dəstəyinə baxmayaraq, Şahinin “kreslosu” yavaş-yavaş laxlamağa başlayır. “Sankt Pauli” ilə “Volfsburq”un duelində qapılara qol vurulmadı. Maraqlıdı ki, debütant “Sankt Pauli” bu mövsüm 4-cü ev oyununda da qola həsrət qaldı. Hamburq təmsilçisi indiyə qədər 5 qolun hamısını səfər oyunlarında vurub. Elə avrokubokların iki iştirakçısının – “Haydenhaym”la “Hoffenhaym”ın dueli də qolsuz yekunlaşdı.

Son çempion isə xalları sağa-sola paylamaqda davam edir. Xabi Alonsonun komandası bu dəfə Bremen səfərində 1 xalla kifayətlənməli oldu. Ötən mövsüm “Bayer-04” ilk 8 turun yalnız birində meydanı qələbəsiz tərk etmişdisə, bu mövsüm komanda artıq 4-cü dəfə xal itkisi ilə üzləşdi. “Bavariya” üçün autsayder “Bohum”la səfər oyunu asan gəzintiyə çevrildi. “Barselona”dan 4 qol buraxaraq böyük şok yaşayan “rekordmaytser” bunun acığını “Bohum”dan çıxdı. Yeri gəlmişkən, ötən mövsüm “Bohum” Münhen nəhəngini evə əliboş yola salmışdı (3:2). Beş qoldan birini hesabına yazan Keyn bombardirlər yarışına başçılıq edən Marmuşa çatdı. “Ayntraxt” “Union” səfərində heç-heçə ilə kifayətləndi və Marmuş meydanı qolsuz tərk etdi. Bununla da misirli forvardın 6 turluq qol vurmaq seriyası qırıldı.

8-ci tur
Bohum – Bavariya 0:5
Olise, 16. Musiala, 26. Keyn, 57. Sane, 65. Koman, 71. (26000)
Bavariya: Noyer, Laymer, Kim Min Çe (Dayer, 78), Upamekano, Devis, Kimmix, Palyinya (Qoretska, 61), Olise (Sane, 61), Musiala (Müller, 61), Koman, Keyn (Tel, 69).
Auqsburq – Borussiya D 2:1
Klod-Moris, 25; 50 – Malen, 4. (30660)
Borussiya: Kobel, Ryuyerson (Kabar, 68), Anton (Əmrə Can, 46), Şlotterbek, Bensebayni, Nmeça (Bayer, 63), Zabitser (Qross, 46), Malen (Kempbell, 88), Brandt, Gittens, Girassi.
Verder – Bayеr-04 2:2
Dukş, 74. Şmid, 90 – Bonifeys, 30. Aqu, 77-p. (42100)
Bayer-04: Qradetski, Frimponq, Ta, İnkapye, Tapsoba, Qrimaldo, Andrix, Caka, Terrye (Qarsiya, 82), Virts, Bonifeys (Şik, 70).
Lеyptsiq – Frayburq 3:1
Orban, 47. Qeertruyda, 58. Openda, 78 – Doan, 15. (45000)
Leyptsiq: Qulaçi (Vandevoort, 46), Qeertruyda (Klostermann, 80), Orban, Lukeba (Bitşiabu, 80), Henrixs, Kampl, Aydara (Vermeeren, 65), Nusa, Baumqartner, Şeşko (Andre Silva, 65), Openda.
Ştutqart – Holştayn 2:1
Dəniz Undav, 19. Ture, 61 – Qiqoviç, 84. (59000)
Ştutqart: Nübel, Vaqnoman, Çeys, Şabo, Mittelştadt, Ştiller, Miyo (Ruo, 70), Rider (Fürix, 62), Levelinq (Hendriks, 87), Ture (Demiroviç, 62), Dəniz Undav (Karazor, 70).
Union – Ayntraxt F 1:1
Hollerbax, 66 – Götse, 14. (22012)
Ayntraxt: Trapp, Kristensen (Ebimbe, 38), Kox, Teate, Tuta, Knauff (Amenda, 82), Skiri, Larsson, Götse (Çaibi, 65), Ekitike (Matanoviç, 64), Marmuş (Braun, 82).
Maynts-05 – Borussiya M 1:1
Layner, 55-öz qapısına – Klayndinst, 57. (33000)
Sankt Pauli – Volfsburq 0:0
(29500)
Haydenhaym – Hoffеnhaym 0:0
(15000)

1. Bavariya 8 6 2 0 29-7 20
2. Leyptsiq 8 6 2 0 14-3 20
3. Bayer-04 8 4 3 1 20-15 15
4. Union 8 4 3 1 9-5 15
5. Frayburq 8 5 0 3 13-11 15
6. Ayntraxt F 8 4 2 2 16-12 14
7. Borussiya D 8 4 1 3 15-14 13
8. Ştutqart 8 3 3 2 17-16 12
9. Verder 8 3 3 2 14-16 12
10. Haydenhaym 8 3 1 4 12-11 10
11. Borussiya M 8 3 1 4 11-13 10
12. Auqsburq 8 3 1 4 12-19 10
13. Maynts-05 8 2 3 3 12-13 9
14. Volfsburq 8 2 2 4 15-16 8
15. Hoffenhyaym 8 2 2 4 13-17 8
16. Sankt Pauli 8 1 2 5 5-11 5
17. Holştayn 8 0 2 6 10-23 2
18. Bohum 8 0 1 7 7-22 1

Bombardirlər: Keyn (Bavariya), Marmuş (Ayntraxt F) – 9, Bonifeys (Bayer-04), Klayndinst (Borussiya M) – 6.

Növbəti turun oyunları noyabrın 1-3-ü aralığında keçiriləcək: Bayеr-04 – Ştutqart, Bavariya – Union, Borussiya M – Verder, Borussiya D – Lеyptsiq, Ayntraxt F – Bohum, Frayburq – Maynts-05, Hoffеnhaym – Sankt Pauli, Holştayn – Haydenhaym, Volfsburq – Auqsburq.

Turun rəqəmi
29 – Çempionlar Liqasında problemlər yaşamasına baxmayaraq, bundesliqada “Bavariya”nın işləri qaydasında gedir. Xüsusilə də məhsuldarlıq baxımından. Komanda 8-ci turu 29 qolla tamamladı ki, bu da turnirin rekordunun təkrarlanması deməkdi. Daha öncə 8 tura 29 qolu, əlbəttə, yalnız “Bavariya” özü vurmuşdu. Bu, 1976/77 və 2021/22 mövsümlərində baş verib. Kompani isə bu göstərici sayəsində adını turnirin tarixinə yazdırdı. Bundesliqada indiyə qədər heç bir məşqçinin komandası ilk 8 oyunda 29 top vurmamışdı. Müqayisə üçün deyək ki, 2013-də Qvardiolanın “Bavariya”sı 8-ci turu yalnız 15 qolla tamamlamışdı.

Turun ulduzu
Aleksis Klod-Moris (Auqsburq) – bundesliqada yalnız 3-cü, start heyətində isə birinci oyununa çıxan bu futbolçunun “Borussiya” kimi rəqiblə görüşdə dubl etməsi, sadəcə, inanılmazdı. İki baxımlı qol vuraraq komandasına əzmkar qələbə qazandıran 26 yaşlı fransalı forvardın bu performansını “Auqsburq” fanatları hələ uzun müddət unutmayacaq. Maraqlıdı ki, Klod-Moris bu mövsüm ancaq “Borussiya”lara qol vurur. O, 6-cı turda Münhenqladbax “Borussiya”sına qarşı oyunda da qələbə qolunun müəllifi olmuşdu.

Turun sitatı
Sebastyan Kel, Dortmund “Borussiya”sının idman direktoru:

“Müdafiədə bu qədər bərbad olmamalıyıq. Hər dəfə qapımıza vurulan ilk zərbə qolla nəticələnir. Bu, mümkün olan bir şey deyil. Ən böyük problemimiz sadə qollar buraxmağımızdı. Bizə qol vurmaq çox asandı. Bugünkü matçda zədə üzündən 3 oyunçunu əvəzləməli oldum. İndiyə qədər belə şey görməmişdim. Hazırda ümidləri doğrultmadığımızı bilirik. Amma bu durumdan çıxmaq öz əlimizdədi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

19-04-2023, 18:0

“Bavariya” “kəndçilər”lə bacarmadı, “Borussiya” qələbəni inanılmaz şəkildə əldən verdi - TURUN ŞƏRHİ

Dünya futbolu

24-09-2024, 16:0

“Bavariya” 5 qol vurdu, “Borussiya” 5 qol buraxdı - İCMAL

Dünya futbolu

7-02-2024, 19:0

Liderlər mövsümün şah oyunundan öncə büdrəmədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 18:0

“Bavariya” yenə “Leyptsiq” ilə bacarmadı – TURUN ŞƏRHİ

Aktual
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
Son xəbərlər
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:56
    Premyer-liqada yeni mövsüm başlayır! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
  • Bu gün, 11:28
    “Tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var” - Tahir Gözəl
  • Bu gün, 11:27
    Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
  • Bu gün, 11:23
    Yenidən Londonda qərar tutdu
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
Daha çox
Oxunub: 336
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə