• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” yenə “Leyptsiq” ilə bacarmadı – TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 18:0

Tur cümə günü Zinshaymda start götürdü.

“Football-plus.az” xəbər verir ki, mövsümə yaxşı başlayan “Hoffenhaym” nə qədər çalışsa da, 71-ci dəqiqədən azlıqda oynayan Dortmund “Borussiya”sından xal qopara bilmədi. “Arılar”ın iştirakı ilə keçən son 133 bundesliqa matçının heç biri qolsuz bitməyib və bu, turnirin yeni rekordudu! “Borussiya” 2018/19-dan bəri ilk dəfə mövsümün ilk 6 turunu məğlubiyyətsiz tamamladı. Onu da bildirək ki, Hummels “Borussiya”nın heyətində 347-ci bundesliqa matçında 206-cı qələbəyə sevindi. O, klub tarixində daxili çempionatda ən çox qələbə qazanan futbolçu statusunda olan əfsanəvi Mihael Tsorkun rekordunu təkrarladı. Amma Tsork 206 qələbə həddinə 463 oyunda çatıb.

Şənbə günü əsas diqqətlər Leyptsiqə yönəlmişdi. Son vaxtlar “Bavariya”nın qəniminə çevrilən “öküzlər” yenə ölkə futbolunun flaqmanını büdrətməyə müvəffəq oldular. Özü də Marko Rozenin komandası Münhen nəhənginin qapıçısının və müdafiə xəttinin inamsız oyunundan faydalanaraq fasiləyə 2 topluq üstünlüklə yollandı. “Leyptsiq” buna qədər fasiləyə 2 topluq üstünlüklə yollandığı 39 bundesliqa matçının hamısından qələbə ilə ayrılmışdı! Amma bu dəfə alınmadı. “Bavariya” 2-ci hissədə “Bavariya” olduğunu xatırlayaraq hesabı bərabərləşdirdi. Bununla belə, “rekordmayster”in bu rəqibi ardıcıl 4-cü rəsmi oyunda məğlub edə bilmədiyini (2 heç-heçə, 2 məğlubiyyət) xüsusi vurğulamağa dəyər. Bu xal itkisi “Bavariya”nın zirvədən 3-cü pilləyə enməsinə səbəb oldu. Çünki “Ştutqart” və “Bayer-04” hesabına növbəti qələbələri yazdı. Şvabiyalılarda mövsümə möhtəşəm start verən Girassinin qol seriyası qırılsa da, bu dəfə səhnəyə Dəniz Undav çıxdı. “Köln”lə səfər oyununda 2-ci hissədə meydana çıxan türkəsilli almaniyalı forvard dubl etməklə bundesliqada ilk qollarını vurdu. “Bayer-04” isə Maynts səfərindən asan qələbə ilə döndü. 6 tura 16 xal və 20 qol leverkuzenlilərin elitadakı ən uğurlu startıdı! “Haydenhaym”ın “Union”u yenməsi ilə unikal hadisə baş verdi. Belə ki, tarixində ilk dəfə elitada oynayan bir klub ÇL iştirakçısını məğlub etdi. Heç cür özünə gələ bilməyən “Union” ardıcıl 5-ci (!) rəsmi oyundan məğlubiyyətlə ayrıldı. Vindin növbəti dublu sayəsində “Volfsburq” “Ayntraxt”a mövsümdəki ilk məğlubiyyəti yaşatdı. Buna qədər “canavarlar”ın heyətində ilk 6 tura 7 qol vuran futbolçu olmamışdı. “Frayburq” 3 oyunluq qələbəsiz seriyaya son qoydusa, Münhenqladbax “Borussiya”sı ilə “Darmştadt” hesabına ilk qələbəni yazdı. Özü də “Darmştadt” tarixində ilk dəfə elitada ev oyununda 4 qol vurdu. Buna qədər komanda bundesliqada 4 qol vurduğu hər iki oyunu səfərdə keçirmişdi.

6-cı tur
Leyptsiq – Bavariya 2:2
Openda, 20. Lukeba, 26 – Keyn, 57-p. Sane, 70. (47069)
Leyptsiq: Blasvix, Henrixs (Klostermann, 86), Simakan, Lukeba, Raum, Simons, Şlager, Kampl (Zayvald, 64), Forsberq (Baumqartner, 72), Openda (Karvalyo, 86), Poulsen (Şeşko, 72).
Bavariya: Ulrayx, Laymer, Upamekano, Kim Min Çje, Devis, Kimmix, Qoretska (Gerreyro, 46), Sané, Musiala (Çupo-Motinq, 87), Koman (Tel, 46), Keyn.
Hoffenhaym – Borussiya D 1:3
Kramariç, 25-p. – Füllkruq, 18. Roys, 45+3. Ryuyerson, 90+5. (30150)
Borussiya: Kobel, Ryuyerson, Hummels, Şlotterbek, Bensebayni, F.Nmeça (Əmrə Can, 69), Salih Özcan, Malen (Zyule, 80), Roys (Volf, 80), Brandt (Adeyemi, 64), Füllkruq (Alle, 80).
Haydenhaym – Union 1:0
Beste, 59. (15000)
Union: Rönnov, Trimmel, Duxi, Bonuççi (Kaufmann, 74), Leyte (Yekkel, 61), Qosens (Russiyon, 74), Kral, Tuzar (Layduni, 78), Bekker, Fofana (Hollerbax, 74), Berens.
Maynts-05 – Bayer-04 0:3
Van den Berq, 18-öz qapısına. Qrimaldo, 59. Hofmann, 65. (33305)
Bayer-04: Qrádetski, Kossunu, Ta, Tapsoba, Frimponq (Stanişiç, 87), Palasios, Caka (Andrix, 79), Qrimaldo, Hofmann (Əmiri, 87), Virts (Adli, 64), Bonifas (Hlojek, 79).
Volfsburq – Ayntraxt F 2:0
Vind, 31; 84. (28323)
Ayntraxt: Trapp, Buta (Knauff, 60), Tuta (P.Aaronson, 82), Kox, Paço, Dina Ebimbe (Hauqe, 82), Skiri, Larsson, Çaibi (Nkunku, 68), Götse, Marmuş (Nqankam, 82).
Frayburq – Auqsburq 2:0
Qrifo, 5-p. Linhart, 56. (33134)
Frayburq: Atubolu, Şallai (Qulde, 89), Ginter, Linhart, Sildilliya, Kübler, Keytel (Röl, 20), Eqqeştayn, Doan (Filipp, 73), Qrifo (Adamu, 73), Höler (Qreqoritş, 89).
Köln – Ştutqart 0:2
Dəniz Undav, 68; 88. (50000)

Bohum – Borussiya M 1:3
Losilla, 68 – Noyhaus, 27. Plea, 37; 45+3. (26000)
Darmştadt – Verder 4:2
Bader, 5. Skarke, 25. Melem, 50. Kempe, 62-p. – Deman, 70. Velkoviç, 78. (17810)
1. Bayer-04 6 5 1 0 20-6 16
2. Ştutqart 6 5 0 1 19-7 15
3. Bavariya 6 4 2 0 20-6 14
4. Borussiya D 6 4 2 0 12-6 14
5. Leyptsiq 6 4 1 1 16-6 13
6. Hoffenhaym 6 4 0 2 13-9 12
7. Volfsburq 6 4 0 2 9-6 12
8. Frayburq 6 3 1 2 7-10 10
9. Ayntraxt F 6 1 4 1 4-5 7
10. Haydenhaym 6 2 1 3 10-13 7
11. Union 6 2 0 4 9-10 6
12. Verder 6 2 0 4 10-14 6
13. Borussiya M 6 1 2 3 11-14 5
14. Auqsburq 6 1 2 3 9-15 5
15. Darmştadt 6 1 1 4 10-18 4
16. Bohum 6 0 3 3 5-19 3
17. Köln 6 0 1 5 4-11 1
18. Maynts-05 6 0 1 5 4-17 1
Bombardirlər: Girassi (Ştutqart) – 10, Keyn (Bavariya) – 8, Vind (Volfsburq) – 7, Bonifas (Bayer-04) – 6.
Növbəti turun oyunları oktyabrın 6-8-i aralığında keçiriləcək: Borussiya M – Maynts-05, Borussiya D – Union, Leyptsiq – Bohum, Verder – Hoffenhaym, Auqsburq – Darmştadt, Ştutqart – Volfsburq, Bavariya – Frayburq, Bayer-04 – Köln, Ayntraxt F – Haydenhaym.

Turun rəqəmi
8 – çətin “Leyptsiq” səfərində penaltidən fərqlənməklə geridönüşün əsasını qoyan Keyn bundesliqada 6-cı oyunda 8-ci qolunu vurdu. Bu, “Bavariya”nın tarixi üçün rekord göstəricidi. Bundesliqanın tarixində isə ən yaxşı 2-ci göstəricidi. Daha öncə Dortmund “Borussiya”sında Pako Alkaser və “Hamburq”un heyətində Gert Dörfel də bu turnirdə keçirdiyi ilk 6 oyunda 8 qol vurmuşldu. Rekord isə müasir futbolun ən yaxşı qoleadorlarından biri Erlinq Holanna məxsusdu. O, bundesliqadakı ilk 6 oyunda 9 dəfə fərqlənmişdi.

Turun ulduzu
Alassan Plea (Borussiya M) – bu tur 3 futbolçu dubl etməklə diqqəti çəkdi. Amma “Volfsburq”lu Vind və “Ştutqart”lı Undavdan fərqli Plea həm də hesabına məhsuldar ötürmə yazdı. Son dönəmlərdə komandası kimi zəif təsir bağışlayan 30 yaşlı fransalı hücumçunun “Bohum” səfərində sərgilədiyi performansı sürpriz adlandırmaq olar. Çünki Plea buna qədər son 24 bundesliqa oyununda 3 qolun vurulmasında yaxından iştirak etmişdisə, bu dəfə cəmi 21 dəqiqəyə komandasına 3 qol vurmağa yardım etdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

19-04-2023, 18:0

“Bavariya” “kəndçilər”lə bacarmadı, “Borussiya” qələbəni inanılmaz şəkildə əldən verdi - TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 21:0

Terziç “Borussiya”da yeni rekordçu oldu – ŞƏRH

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

10-05-2023, 15:0

“Bavariya” qaçır, “Borussiya” qovur - TURUN ŞƏRHİ

Aktual
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Son xəbərlər
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 253
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə