• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” 5 qol vurdu, “Borussiya” 5 qol buraxdı - İCMAL

Dünya futbolu

24-09-2024, 16:0

Turun açılış oyununda səfərdə “Auqsburq”dan üstün olan “Maynts-05” mövsümdə ilk qələbəsini qazandı.

“Bavariya” rəqiblərini “kötəkləməkdədi”. Bu dəfə Münhen nəhənginin “əlinin altına” “Verder” düşdü. Vensan Kompaninin komandası 5 cavabsız qol vuraraq növbəti asan qələbəsini qazandı. Ümumiyyətlə, geridə qoyduğumuz həftə “rekordmayster” üçün sadəcə, möhtəşəm alındı. Komanda 7 gün ərzində 2-si bundesliqa, 1-i Çempionlar Liqasında olmaqla keçirdiyi 3 rəsmi oyunda 20 (!) qol vurdu. Mükəmməl məhsuldarlıq sayəsində Kompani adını klub tarixinə yazdırmağı bacardı. Belə ki, bundesliqanın əsası qoyulduğu 1963-cü ildən bəri “Bavariya” heç bir məşqçinin rəhbərliyi altında ilk 6 rəsmi oyunda 29 top vurmamışdı!

“Bayer-04” belə desək, qaldığı yerdən davam edir və yenə son dəqiqə qolları ilə fanatlarına inanılmaz qələbələr bəxş edir. Son çempion ardıcıl 2-ci ev oyununda büdrəməyə çox yaxın idi. “Volfsburq” hətta ilk yarıda 3 qol vuraraq fasiləyə öndə yollandı. Amma Xabi Alonsonun komandası ikinci hissədə vəziyyəti öz xeyrinə dəyişə bildi. Bonifeysin əsas vaxta artırılan 3-cü dəqiqədə vurduğu qol həlledici oldu. “Aspirinlər”in “Bavariya” ilə oyun ərəfəsində 3 xallıq fərqi qoruması intriqa baxımından çox yaxşı oldu. Avrokubok iştirakçılarından “Haydenhaym” evdə “Frayburq” önündə “ağ bayraq qaldırdısa”, “Hoffenhaym” “Union” səfərindən xalsız qayıtdı. “Ayntraxt” isə Münhenqladbax “Borussiya” ilə ev oyununda problem yaşamayaraq yüksəlişini davam etdirdi. Frankfurt təmsilçisi mövsümə məğlubiyyətlə başlamasına baxmayaraq, ardıcıl 3-cü qələbəsini qazandı.

Turun mərkəzi oyunu “MHP Arena”da keçirildi. Çempionlar Liqasında iştirak edən iki komandanın – “Ştutqart”la Dortmund “Borussiya”sının duelində sürpriz nəticə qeydə alındı. Nuri Şahinin rəhbərliyi altında keçirdiyi ilk 5 rəsmi oyundan 4 qələbə, 1 heç-heçə ilə ayrılan “Borussiya” gözlənilmədən pərən-pərən düşdü. Ötən mövsümün 2-ci bombardiri Girassi “arılar”ın heyətində çempionatda qol hesabını sabiq klubu ilə oyunda açdı. Amma bu qolun əvəzində “Ştutqart” 5 qol vurdu. “Arılar” sonuncu dəfə bundesliqada 5 qolu 2022-nin fevralında evdə “Bayer-04”lə oyunda buraxmışdılar (2:5). “Ştutqart” evdə ardıcıl 6-cı çempionat oyununda ən azı 3 qol vurmaqla şəxsi rekordunu yenilədi. Bundan başqa, şvabiyalıların evdəki məğlubiyyətsiz seriyası 14 oyuna yüksəldi. ÇL-in daha bir iştirakçısı “Leyptsiq” üçün də tur uğursuz alındı. “Öküzlər” ötən tur evdə “Union”a qarşı oyunda olduğu kimi, bu dəfə “Sankt Pauli”yə qarşı səfər matçında qolsuz bərabərliyə razı oldular. İlk 3 turda məğlub olan debütant “Sankt Pauli” bununla da mövsümdə ilk xalını qazanmış oldu.

4-cü tur
Verder – Bavariya 0:5

Olise, 23; 60. Musiala, 32. Keyn, 57. Qnabri, 65. (42100)
Bavariya: Ulrayx, Laymer (Gerreyro, 57), Kim Min Çje, Upamekano, Devis, Kimmix, Pavloviç (Palyinya, 70), Olise (Sane, 70), Musiala, Koman (Qnabri, 57), Keyn (Müller, 76).

Bayеr-04 – Volfsburq 4:3
Virts, 14. Ta, 32. İnkapye, 48. Bonifeys, 90+3 – Mukiele, 5-öz qapısına. Bornau, 37. Svanberq, 45+1. (30210)
Bayer-04: Qradetski, Mukiele (Frimponq, 46), Tapsoba, Ta, Belosyan (İnkapye, 46), Qrimaldo, Caka, Qarsiya (Palasios, 79), Adli (Terrye, 56), Virts, Şik (Bonifeys, 68).

Ştutqart – Borussiya D 5:1
Dəniz Undav, 4; 90. Demiroviç, 21. Miyo, 62. Ture, 80 – Girassi, 75. (60000)
Ştutqart: Nübel, Vaqnoman (Ture, 78), Ruo, Şabo (Zaqadu, 70), Mittelştadt (Rider, 70), Karazor, Ştiller (Fürix, 85), Miyo, Levelinq, Demiroviç (Çeys, 70), Dəniz Undav.
Borussiya: Kobel, Ryuyerson (Kouto, 46), Anton, Zyule, N.Şlotterbek, Qross (Malen, 63), Nmeça (Bayno-Gittens, 30), Zabitser, Brandt (Əmrə Can, 72), Adeyemi (Bensebayni, 46), Girassi.

Sankt Pauli – Lеyptsiq 0:0
(29251)
Leyptsiq: Qulaçi, Qeertruyda, Klostermann, Orban, Raum (Henrixs, 74), Zayvald, Aydara (Openda, 62), Baumqartner (Vermeeren, 61), Simons, Poulsen (Nusa, 61), Şeşko (Andre Silva, 74).

Ayntraxt F – Borussiya M 2:0
Larsson, 30. Marmuş, 80. (58000)
Ayntraxt: Santos, Kristensen, Tuta, Kox, Teate, Skiri, Larsson (Mahmud Dahud, 85), Knauff (Matanoviç, 78), Çaibi (Dina Ebimbe, 70), Marmuş (Nkunku, 85), Ekitike (Bahoya, 78).

Union – Hoffеnhaym 2:1
Rote, 4. Çon Vu Yon, 6 – Bülter, 67. (21831)
Hoffenhaym: Baumann, Kaderjabek, Dreksler (Jandre, 46), Hranats (Umut Tohumcu, 46), Akpoquma, Prass (Hlojek, 90), Stax, Bişof (Bruun Larsen, 84), Kramariç, Bülter, Berişa (Tabakoviç, 58).

Haydenhaym – Frayburq 0:3
Doan, 54. Qrifo, 59; 65. (15000)

Auqsburq – Maynts-05 2:3
K.Şlotterbek, 25. Essende, 57 – Zib, 13. Burkardt, 15; 49. (28913)

Bohum – Holştayn 2:2
Bero, 22. Daşner, 35 – Pixler, 35. Matino, 89. (26000)

1. Bavariya 4 4 0 0 16-3 12
2. Bayer-04 4 3 0 1 13-9 9
3. Frayburq 4 3 0 1 8-4 9
4. Ayntraxt F 4 3 0 1 7-4 9
5. Leyptsiq 4 2 2 0 4-2 8
6. Union 4 2 2 0 4-2 8
7. Ştutqart 4 2 1 1 12-8 7
8. Borussiya D 4 2 1 1 7-7 7
9. Haydenhaym 4 2 0 2 8-7 6
10. Maynts-05 4 1 2 1 8-8 5
11. Verder 4 1 2 1 4-8 5
12. Auqsburq 4 1 1 2 7-10 4
13. Volfsburq 4 1 0 3 8-9 3
14. Borussiya M 4 1 0 3 5-8 3
15. Hoffenhyaym 4 1 0 3 6-11 3
16. Bohum 4 0 1 3 3-7 1
17. Sankt Pauli 4 0 1 3 1-6 1
18. Holştayn 4 0 1 3 5-13 1


Bombardirlər: Keyn (Bavariya) – 5, Virts (Bayer-04), Kramariç (Hoffenhaym), Demiroviç (Ştutqart), Marmuş (Ayntraxt F) – 4.

Növbəti turun oyunları sentyabrın 27-29-u aralığında keçiriləcək: Borussiya D – Bohum, Bavariya – Bayеr-04, Borussiya M – Union, Frayburq – Sankt Pauli, Maynts-05 – Haydenhaym, Lеyptsiq – Auqsburq, Volfsburq – Ştutqart, Holştayn – Ayntraxt F, Hoffеnhaym – Verder.

Turun rəqəmi
41 – az qala hər tur Keynin yeni rekordu ilə əlamətdar olur. Ötən turdakı het-trik sayəsində 3 rekordu birdən yeniləyən ünlü forvard bu dəfə daha bir mühüm göstəriciyə nail oldu. Keyn bundesliqada vurduğu qolların sayını 41-ə çatdırmaqla Sançonu geridə qoydu və turnirin tarixinin ən məhsuldar ingiltərəli futbolçusuna çevrildi! Ən heyrət doğuran fakt odu ki, Sanço 40 qolu 118 oyuna vurmuşdusa, Keyn 41 qol həddinə cəmi 36-cı oyunda çatdı.

Turun ulduzu
Maykl Olise (Bavariya) – Bremen səfəri 22 yaşlı fransalı vingerin benefisinə çevrildi. Olise 5 qolun 4-də yaxından iştirak edərək matçı 2 qol, 2 məhsuldar ötürmə ilə tamamladı. Onun bundesliqaya uyğunlaşması gözləniləndən də yaxşı keçir. Bu, Olisenin turnirdə cəmi 4-cü oyunu oldu. Düzdü, buna qədər bundesliqada bir oyunda 4 qolun vurulmasında iştirak edən futbolçular çox olmuşdu. Amma XXI əsrdə bunu bu qədər erkən, yəni artıq 4-cü oyunda edə bilən futbolçu yox idi.

Turun sitatı
Camal Musiala, “Bavariya”nın yarımmüdafiəçisi:

“Mən həmişə tənqidlərə açığam. Başqalarının dediklərini eşidirəm. Amma mənim üçün ən önəmlisi məşqçimin və komanda yoldaşlarımın dedikləridi. Bütün diqqətimi özümə və oyunuma yönəltmişəm. Hər matç daha yaxşı çıxış etməyə çalışıram. Özümə qarşı çox tənqidi yanaşıram. Amma eyni zamanda oyunumdan zövq almağa və mətuatda yazılanlara diqqət verməməyə çalışıram”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

28-04-2023, 17:0

“Borussiya” sona 5 tur qalmış zirvəyə yerləşdi! – TURUN ŞƏRHİ

Dünya futbolu

18-09-2022, 12:0

''Fənərbaxça''ya lazım olmayan Berişa ''Bavariya''nın ''evini yıxdı''

Dünya futbolu

24-12-2023, 10:0

“Bayer-04” Almaniya futbolunda yeni rekord müəyyənləşdirdi

Aktual
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
Son xəbərlər
  • Bu gün, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Bu gün, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 156
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 107
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə