• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Liderlər mövsümün şah oyunundan öncə büdrəmədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

7-02-2024, 19:0

Tur cümə günü Dortmund “Borussiya”sının sürpriz xal itkisi ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, səfərdə “Haydenhaym”ın müqavimətini qıra bilməyən Edin Terziçin komandasının 3 turluq qələbə və 9 turluq qol seriyası qırıldı. Bununla da bundesliqada 2024-cü ildə xal itirməyən komanda qalmadı. “Haydenhaym”ın məğlubiyyətsiz seriyası 7 oyuna çatdı. Debütant statusunda olan bir kollektiv üçün heç də pis göstərici deyil.

Şənbə günü əsas diqqətlər liderlərin oyununa yönəlmişdi. Turnir cədvəlinin 1-ci və sonuncu pillələrində qərarlaşan komandaların duelində sürpriz qeydə alınmadı. “Bayer-04” səfərdə “Darmştadt”ın qapısına hər hissədə bir qol vurmaqla bundesliqada 20-ci turu, bu mövsüm isə 29-cu rəsmi oyunu məğlubiyyətsiz tamamladı. Bu, klub tarixində bir mövsümün gedişində qeydə alınan yeni rekorddu. Leverkuzen təmsilçisi daha öncə 1978/79-da 2-ci bundesliqada oynayarkən ardıcıl 28 rəsmi matçda uduzmamışdı. Ən heyrət doğuran fakt odu ki, “Bayer-04” xalını 52-yə çatdırmaqla indidən, yəni 20 tura ötən mövsümdəki göstəricisini geridə qoyub! Komanda 2022/23-ü 50 xalla başa vurmuşdu. “Bavariya” üçün tarixən bundesliqada ən çətin rəqib sayılan Münhenqladbax “Borussiya”sı “Alyans Arena”da hesabı açan tərəf olsa da, sürprizə gücü çatmadı. Maraqlıdı ki, “Bavariya” 2018/19-dan bəri ilk dəfə bu rəqibi mövsümün hər iki oyununda yenməyi bacardı. Qələbə topunun müəllifi olan Keyn hesabına 24-cü qolu yazdı. İndi turnirin tarixində debüt mövsümündə ən çox qol vuranların siyahısında Keyn yalnız Uve Zeelerdən geri qalır. Əfsanəvi Zeeler 1963/64-də “Hamburq”un heyətində 30 qol vurmuşdu. Onu da bildirək ki, Tomas Müller “Bavariya”da 690-cı rəsmi oyunda 500-cü qələbəyə sevindi. O, 1965-dən, yəni münhenlilər ilk dəfə bundesliqada oynamağa başlayandan bəri klub tarixində 500 qələbə həddinə çatan ilk futbolçu oldu! Bütün Almaniya növbəti tur keçiriləcək liderlərin duelini böyük səbirsizliklkə gözləyir.

“Verder” son həftələrdə rəqib tanımır. “Musiqiçilər” “Bavariya” və “Frayburq”un ardından bu dəfə “Maynts-05”i üstələdilər. Bu da o deməkdi ki, ikinci dövrədə, yəni 18-ci turdan bəri “Verder” xal itirməyən yeganə komandadı. “Leyptsiq” 3 oyunluq məğlubiyyət seriyasına “Union”la ev matçında son qoydu. Openda hesabına 14-cü qolu yazmaqla turnirin tarixində belçikalı futbolçular üçün yeni rekord müəyyənləşdirdi. Buna qədər belçikalılar arasında bundesliqada bir mövsümə ən çox qol vuran futbolçu 2000/01-də “Şalke-04”ün heyətində 13 dəfə fərqlənmiş Emil Mpenza idi. Bərbad mövsüm keçirən “Union” səfərdə ardıcıl 6-cı bundesliqa matçını qolsuz başa vurdu! “Frayburq” və “Ayntraxt” kimi avrokubok iştirakçıları üçün tur uğursuz alındı. “Ştutqart” Frayburqda inamlı qələbə qazanmaqla 3-cü pillədə təsadüfən qərarlaşmadığını göstərdi. Düzdü, meydan sahiblərinin 18-ci dəqiqədən etibarən azlıqda oynadığını da bildirək. Son 4 turda 3 qələbə qazanan “Ayntraxt” isə gözlənilmədən Kölndə qola və xala həsrət qaldı. “Keçilər” 6 oyunluq qələbəsiz seriyaya son qoydular.

20-ci tur
Bavariya - Borussiya M 3:1
Pavloviç, 45. Keyn, 71. De Liqt, 86 – Elvedi, 35. (75000)
Bavariya: Noyer, Mazraui (Boe, 62), Dayer, De Liqt, Devis (Gerreyro, 85), Pavloviç, Qoretska, Müller (Tel, 71), Musiala, Sane, Keyn.

Haydenhaym – Borussiya D 0:0
(15000)
Borussiya: A.Mayer, Menye (Volf, 59), Zyule, Şlotterbek, Maatsen, Zabitser, Salih Özcan (Əmrə Can, 59), Malen, Bayno-Gittens (Polmann, 59), Mukoko (Bensebayni, 75), Füllkruq.

Darmştadt – Bayer-04 0:2
Tella, 33; 52. (17810)
Bayer-04: Qradetski, Tella, Stanişiç, Ta, İnkapye, Qrimaldo, Andrix, Caka (Tapsoba, 88), Virts (Hofmann, 90+2), Hlojek (Mbamba, 90+2), İqlesias.

Leyptsiq – Union 2:0
Openda, 11. Şeşko, 48. (44032)
Leyptsiq: Blasvix, Henrixs, Orban (Lukeba, 70), Klostermann, Raum, Simons, Şlager, Kampl, Olmo (Elmas, 77), Şeşko, Openda (Poulsen, 77).

Frayburq – Ştutqart 1:3
Kübler, 45+11 – Dəniz Undav, 3. Fürix, 7. Mittelştadt, 74. (34700)
Frayburq: Atubolu, Kübler, Qulde, Ginter (Vaysshaupt, 84), Makenqo (Günter, 73), Eqqeştayn, Höfler (Qreqoritş, 73), Şallai, Röl, Qrifo (Musliya, 83), Höler (Filipp, 83).

Köln – Ayntraxt F 2:0
Alidu, 67. Tilmann, 80. (50000)
Ayntraxt: Trapp, Dina Ebimbe (Çaibi, 46), Tuta, Kox, Smolçiç, Nkunku, Skiri, Götse (Rode, 77), Larsson (Maks, 69), Knauff (Bahoya, 77), Kalaydziç (Ekitike, 77).

Maynts-05 – Verder 0:1
Dukş, 2. (31800)

Volfsburq – Hoffenhaym 2:2
L.Mayer, 58: 70-p. – Bayer, 6. Prömel, 66. (20000)

Bohum – Auqsburq 1:1
Broşinski, 33 – Demiroviç, 90+1. (24500)

1. Bayer-04 20 16 4 0 52-14 52
2. Bavariya 20 16 2 2 59-19 50
3. Ştutqart 20 13 1 6 46-26 40
4. Borussiya D 20 10 7 3 40-26 37
5. Leyptsiq 20 11 3 6 44-26 36
6. Ayntraxt F 20 8 7 5 30-24 31
7. Frayburq 20 8 4 8 26-34 28
8. Hoffenhaym 20 7 5 8 37-39 26
9. Verder 20 7 5 8 29-32 26
10. Haydenhaym 20 6 6 8 28-35 24
11. Volfsburq 20 6 5 9 25-32 23
12. Auqsburq 20 5 7 8 29-37 22
13. Borussiya M 20 5 6 9 36-41 21
14. Bohum 20 4 9 7 22-38 21
15. Union 19 5 2 12 18-34 17
16. Köln 20 3 6 11 14-34 15
17. Maynts-05 19 1 8 10 14-31 11
18. Darmştadt 20 2 5 13 22-49 11
Bombardirlər: Keyn (Bavariya) – 24, Girassi (Ştutqart) – 17, Openda (Leyptsiq) – 14, Dəniz Undav (Ştutqart) – 13.
Növbəti turun oyunları fevralın 9-11-i aralığında keçiriləcək: Bayer-04 – Bavariya, Auqsburq – Leyptsiq, Borussiya D – Frayburq, Union – Volfsburq, Ştutqart – Maynts-05, Hoffenhaym – Köln, Ayntraxt F – Bohum, Verder – Haydenhaym, Borussiya M – Darmştadt.

Turun rəqəmi
146 – debütant “Haydenhaym”la səfər oyununda qol vura bilməyən və öz qapısını da toxunulmaz saxlayan Dortmund “Borussiya”sının unikal bir seriyası qırıldı. Belə ki, bundesliqada nə az, nə çox – düz 146 oyundan sonra ilk dəfə “arılar”ın matçında qolsuz bərabərlik qeydə alındı! Bu, aşkar fərqlə turnirin yeni rekordudu. Maraq üçün bildirək ki, bu turnirdə sonuncu dəfə “Borussiya”nın iştirakı ilə keçirilən matçın qolsuz başa çatmasına 2019-cu il oktyabrın 26-da təsadüf olunmuşdu. O, vaxt “Şalke-04”ə qarşı səfər derbisində qapılara qol vurulmamışdı.

Turun ulduzu
Dəniz Undav (Ştutqart) – qürbətçi forvard ilin əvvəlində keçirdiyi ardıcıl 2 uğursuz oyundan sonra yenidən qolları sıralamağa başlayıb. Ötən tur iddialı “Leyptsiq”lə oyunda het-trik edən Dəniz bu dəfə daha bir avrokubok iştirakçısı “Frayburq”la səfər oyununda 1 qol, 2 məhsuldar ötürməlik performans sərgilədi. O, bundesliqada bu mövsüm keçirdiyi 17 qarşılaşmada hesabına 13 qol, 4 məhsuldar ötürmə yazıb. 2022-də “Qalatasaray”ın, ötən il isə Türkiyə yığmasının təklifini geri çevirərək Almaniya yığmasında oynamaq istədiyini açıqlayan kürdəsilli fovardla bağlı bir maraqlı fakt var. Onun Almaniya vətəndaşlığının olduğunu nəzər alsaq, bundesliqada ilk 17 oyunda Dənizdən daha çox qol vuran sonuncu almaniyalı futbolçu 1975/76-da Horst Hrubeş olub (14 qol)!

Turun sitatı
Edin Terziç, Dortmund “Borussiya”sının baş məşqçisi: “0:0-dan artığına layiq deyildik. Topa çox nəzarət etsək də, rəqibin cərimə meydançasına, demək olar, daxil ola bilmirdik. Hücumları məntiqi sonluğa çatdırmaqda çətinlik çəkirdik. Həm passiv idik, həm də sürətimiz aşağı idi. “Borussiya” daha yaxşı oynamalı və daha çox qol vəziyyəti yaratmalıdı. İkinci hissədə oyunumuzu bir qədər yaxşılaşdırsaq da, bu futbol qələbə üçün kifayət etmədi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

6-09-2023, 19:0

“Haydenhaym” elitada ilk xalını Dortmundda qazandı! - TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 18:0

“Bavariya” yenə “Leyptsiq” ilə bacarmadı – TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 10:0

“Borussiya” bu dəfə evdəki “Der Klassiker”də rüsvay oldu - TURUN ŞƏRHİ

Dünya futbolu

6-12-2023, 22:0

“Bayer-04”ü dayandıran tapıldı

Dünya futbolu

9-11-2022, 18:0

6 oyunluq məğlubiyyətsiz seriyası qırıldı

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə