Neymarın futbolsuz günləri sona çatıb. Məşhur braziliyalı futbolçu ağır zədədən qurtulub.
“Əl-Hilal”ın hücumçusu uzun müddət sonra zədəsini sağaltmasından danışıb. O, mətbuat konfransında bu barədə fikirlərini bölüşərkən ağlayıb. Xatırladaq ki, Neymar ötən ilin oktyabr ayında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvayla keçirilən matçda sıradan çıxmışdı. Əməliyatdan sonra bir il bərpa prosesi kəçən Neymarın adı Asiya Çempionlar Liqasının oktyabrın 21-də “Əl-Əyn” (BƏƏ) ilə keçirilən matçı üçün heyətə daxil edilib. Neymar oyundan əvvəl jurnalistlərə bunları söyləyib: