Neymar sıraya nə vaxt dönəcək?

27.09.2024 18:31 133
Dünya futbolu
Jorje Jezus zədəli futbolçu Neymarın durumu haqqında danışıb.

“Əl-Hilal”ın baş məşqçisi 32 yaşlı hücumçunun meydana çıxmağa hazır olmadığını deyib. Portuqaliyalı mütəxəssis gələn ilin yanvarında Neymarın vəziyyətinin yenidən qiymətləndiriləcəyini bildirib.

Xatırladaq ki, braziliyalı ulduz futbolçu 2023-cü ilin oktyabrında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay yığması ilə keçirilən oyunda (0:2) zədələnib. Neymar “Əl-Hilal”a qoşulduqdan sonra cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.