Nəhayət, Neymarın idmansız günləri arxada qalıb. “Əl-Hilal”ın hücumçusu məşqlərə başlayıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. Neymar hələ ki idman zalında fərdi hazırlıq keçir. Xatırladaq ki, DÇ-2026-nın 2023-cü ilin oktyabrında Uruqvay ilə keçirilən oyununda (0:2) braziliyalı futbolçunun dizinin ön çarpaz bağı ciddi zədələnmiş və əməliyyat qaçılmaz olmuşdu. Onda hücumçunun bərpa prosesinin azı 6 ay çəkəcəyi açıqlanmışdı.
32 yaşlı Neymar bu mövsüm “Əl-Hilal”ın heyətində meydana çıxdığı 5 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə verib. O, PSJ-dən bu kluba ötən ilin avqustunda 90 milyon avroya keçib.