Neymar nə vaxt qayıdacaq?

21.03.2024 14:30 270
Dünya futbolu
Neymarın son durumu ilə bağlı məlumat yayılıb.

Onun haqqında son məlumatı Braziliya yığmasının həkimi Rodriqo Lasmar verib.

Xatırladaq ki, Neymar ötən il oktyabrın 18-də DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı matçda sıradan çıxıb. Zədəsi ciddi olduğundan indiyədək yaşıl meydana qayıda bilməyib. Lasmar «Əl-Hilal”ın hücumçusu haqqında bir qədər bədbin danışıb. Təcrübəli mütəxəssis 32 yaşlı futbolçunun iyul və ya avqust aylarında sağalacağını bildirib:

“Hələ onun bərpa prosesinin yarısını belə geridə qoymamışıq. Onun meydana qayıtmasını yalnız 9 və ya 10 aylıq fizioterapiya prosedurlarını başa vurandan sonra qəti şəkildə təsdiqləmək mümkün olacaq».