Neymarın heç bir şansı yoxdu

22.12.2023 16:18 178
Dünya futbolu
Braziliya yığması Amerika Kubokuna ciddi itki ilə yollanacaq.

"Football-plus.az" xəbər verir ki, komandanın aparıcı oyunçularından Neymar 2024-cü ildə keçiriləcək turniri buraxacaq.

Bu barədə yığmanın həkimi Rodriqo Lasmar məlumat verib. O, 31 yaşlı hücumçunun oktyabrda aldığı ağır zədədən sonra əməliyyat olunduğunu və bərpa prosesinin uzun çəkəcəyini deyib:

“Vaxt azdı, hələ tezdi, onun səhhəti ilə lazımsız riskə getməyin mənası yoxdu. Avqustun əvvəlində Avropada 2024/25 mövsümü başlayacaq. Həmin vaxta kimi onu bərpa etməyə çalışacağıq. Səbirli olmalıyıq. Neymarın 9 aydan tez qayıtmasını gözləmək olmaz. Onun meydana qayıtması üçün vaxt lazımdı. Müəyyən müddətdən sonra onun yüksək səviyyədə bərpa olunacağı gözlənilir”.

Xatırladaq ki, Neymar Braziliya yığmasının DÇ-2026-nın seçmə turnirinin oktyabrın 18-də Uruqvay ilə keçirilən oyununda (0:2) dizindən zədə almışdı. “Əl-Hilal”ın oyunçusunun azı 8 ay futbol oynaya bilməyəcəyi açıqlanmışdı. Amerika Kubokunun gələn il iyunun 20-dən iyulun 14-nə qədər ABŞ-də keçiriləcəyini də qeyd edək.