• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Maldinilər sülaləsi “skuadra adzurra”nın tarixinə düşdü - İCMAL

Dünya futbolu

21-10-2024, 14:0

Qrupun favoritləri olan İtaliya və Fransa yığmaları 4-cü turun oyunlarında statusunu doğrultdular. Favoritlər qalib gəlməklə Millətlər Liqasının (ML) pley-offuna vəsiqə qazanmaq şansını bir qədər də artırdılar.

Luçano Spalletti oktyabrın 10-da Romada Belçika ilə keçirilən oyunla (2:2) müqayisədə start heyətində bir neçə dəyişiklik etmişdi: təcrübəli mütəxəssis İsrailə qarşı matçda qapıda Vikarioya, yarımmüdafiədə Facoliyə, hücumda isə Raspadoriyə ilk dəqiqələrdən oynamaq şansı vermişdi. “Skuadra adzurra”nın yeganə itkisi isə belçikalılarla oyunda qırmızı vərəqə alan Pelleqrini idi. Spallettinin həmkarı Ran Ben Şimon Fransa ilə əvvəlki oyunla (1:4) müqayisədə orta xətdə Kanxovskini, hücumda isə Madmon ilə Peretsə start heyətində şans vermişdi.

İtaliya ilk dövrədə neytral meydanda 2:1 hesabıyla qalib gəldiyi israilliləri bu dəfə böyük hesabla məğlub etdi. Maraqlıdı ki, Udinedə keçirilən matçın 1-ci hissəsində topa daha çox ev sahibləri nəzarət etsələr də, ilk real qol vəziyyətlərini qonaqlar yaratdılar: Qluxun zərbəsi azca qeyri-dəqiq alındı. Amma bundan sonra Qlazerin qoruduğu qapının qarşısında təhlükələr sıralanmağa başladı. İsrailli qapıçı Retegi ilə Tonalinin zərbələrinin qarşısını aldı, Dimarko ilə Retegi isə əlverişli şansları boşa verdilər. Amma fasilə ərəfəsində Perets cərimə meydançasında Tonaliyə qarşı kobud oynadı və Retegi penalti ilə hesabı açdı. Spallettinin komandası fasilədən sonra yaxaladığı imkanlardan daha effektli şəkildə istifadə etdi. İkinci hissədə 3:1 hesablı üstünlük əldə edən İtaliya yığması inamlı qələbə ilə liderliyini davam etdirdi.

Qrupun digər matçına maraq daha böyük idi. ML-in qrup mərhələsinə İtaliyaya məlubiyyətlə (1:3) başlayan Fransa yığması Belçikanı evdə 2:0 hesabı ilə məğlub edəndən sonra İsrailə də qalib gəlmişdi (3:1). Didye Deşamın komandası uğurlu oyunlar seriyasını Brüsseldə də davam etdirdi. Hərçənd ilk hissədə Belçika daha yaxşı təsir bağışladı. Domeniko Tedeskonun komandası hissənin ortalarına qədər güclü pressinq tətbiq etməklə oyun planında böyük üstünlüyə malik oldu. Lakin qol imkanlarından istifadə edə bilmədi. Belə oyunun məntiqi nəticəsində meydan sahibləri penalti vurmaq hüququ da qazandılar. Amma Tilemans topu qapının üstündən tribunalara göndərdi. Bu epizoddan sonra fransızlar tədricən üstünlüyü ələ alaraq real qol imkanı qazandılar. Kolo Muani Tilemansdan fərqli olaraq penaltini dəqiq yerinə yetirdi. Hesabda geri düşməsinə baxmayaraq, dərhal irəli atılan belçikalılar Openda ilə cavab qolunu vurdular.

Fasilədən sonrakı mübarizə qarşılıqlı hücumlarla yadda qaldı və Kolo Muani 62-ci dəqiqədə qonaqları önə keçirdi. 14 dəqiqə sonra Çuameninin növbəti xəbərdarlığa görə Fransanı meydanda on nəfərlə qoyması belçikalılar üçün əlverişli imkan demək idi. Lakin bir neçə gün əvvəl İtaliya ilə matçda rəqibin azlıqda qalmasından sonra məğlubiyyətdən qaçan Tedeskonun komandası bu dəfə eyni vəziyyətdən yararlana bilmədi. Fransa müdafiədə yaxşı oynamaqla “qırmızı iblislər”i yenə məğlub etdi. Vacib qələbə Deşamın komandasına İtaliya ilə liderlik uğrunda mübarizəni davam etdirmək imkanı verdi. Belçika isə çox güclü qrupda 4 xalla 3-cü yerdə qaldı.

A liqası, 2-ci qrup
İtaliya - İsrail 4:1 (1:0)

İtaliya: Vikario, Kambyaso, Di Lorentso, Bastoni, Kalafyori, Dimarko (Udoci, 73), Frattezi (Buoncorno, 86), Tonali, Facoli (Riççi, 46), Raspadori (Maldini, 73), Retegi (Lukka, 84).
İsrail: Qlazer, Feynqold, Naxmias, Baltaksa, Abada (Baribo, 75), Kanixovski (Caber, 46), Abu Fani, Aziza (Qropper, 64), Perets (Safuri, 80), Qlux, Madmon (Xalayli, 64).
Qollar: Retegi, 41-p. (1:0). Di Lorentso, 54 (2:0). Abu Fani, 66 (2:1). Frattezi, 72 (3:1). Di Lorentso, 79 (4:1).
Vərəqə: Kambyaso, 66 - sarı.
Hakim: Rikardo De Burqos Benqoeçea (İspaniya).
14 oktyabr. Udine. 11700 tamaşaçı.

Belçika - Fransa 1:2 (1:1)
Belçika: Kastels, Fas, Debast, Teate, Kastan (De Kuyper, 67), Manqalya (Vranks, 67), Tilemans (Lükebakio, 78), De Ketelare (Engels, 81), Dokyu, Trossar, Openda.
Fransa: Menyan, Kunde, Konate, Saliba, Din, Çuameni, Kone, Genduzi (Kamavinqa, 73), Dembele (Fofana, 79), Kolo Muani (Türam, 90+3), Barkola (Nkunku, 73).
Qollar: Kolo Muani, 35-p. (0:1). Openda, 45+3 (1:1). Kolo Muani, 62 (1:2).
Tilemans 23-cü dəqiqədə penaltidən yararlana bilməyib (üst).
Vərəqələr: Din, 7. Saliba, 22. Çuameni, 24. Manqalya, 29. Konate, 45. Fas, 53. De Ketelare, 56. Menyan, 79 - sarı. Çuameni, 76 – qırmızı (ikinci sarı).
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
14 oktyabr. Brüssel. 39731 tamaşaçı.

1. İtaliya 4 3 1 0 11-5 10
2. Fransa 4 3 0 1 9-5 9
3. Belçika 4 1 1 2 6-7 4
4. İsrail 4 0 0 4 4-13 0

14 noyabr: Belçika – İtaliya, Fransa - İsrail.

Faktlar
* Daniel Maldini İtaliya yığmasında debüt etdi. “Montsa”nın 23 yaşlı yarımmüdafiəçisi atası Paolonun milli formada keçirdiyi son oyundan 22 il 118 gün, babası Çezarenin sonuncu beynəlxalq matçından 61 il sonra “skuadra adzurra”da ilk dəfə meydana çıxdı. Bununla da Maldinilər milli komandada üç nəslin nümayəndəsi ilə təmsil olunan ilk sülalə oldu.
* Didye Deşam Fransa yığması ilə 163-cü sınağını verdi. O, bu planda dünya futbolunda almaniyalı Zepp Herbergeri arxada qoyaraq 4-cü yerə çıxdı. Milli komandanı daha çox oyuna çıxaran məşqçilər isə uruqvaylı Oskar Tabares (224), almaniyalı Yoahim Löv (198) və danimarkalı Morten Olsendi (166).

Oyundan sonra
Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi:

“Kifayət qədər təhlükəli vəziyyət yaratdıq və daha çox qol vura bilərdik. Rəqibin sıx müdafiəsində boşluqlar tapmaq heç də asan deyildi, buna baxmayaraq, onların arxa xəttini bir neçə dəfə səliqəli şəkildə yara bildik. Hər bir oyunçumuz üzərinə düşən vəzifəni yerinə yetirdi. Əsl komanda kimi mübarizə apardıq: meydana çıxan bütün futbolçularımız yaxşı oynadılar. Hə, daha çox qol vurmalı idik, amma bu qədər də kifayət edər”.


Didye Deşam, Fransa yığmasının baş məşqçisi:
“İlk 25 dəqiqə bizim üçün çox çətin keçdi. Belçika çox intensiv oynayırdı. Bu səbəbdən topu hücum xəttinə göndərməkdə çətinlik çəkdik. Amma böyük təzyiqə tab gətirdik və tədricən rəqib qapısı qarşısında təhlükələr yaratmağa başladıq. İkinci hissədə oyuna çox yaxşı nəzarət etdik”.


Domeniko Tedesko, Belçika yığmasının baş məşqçisi:
“Çox məyusuq, ona görə ki, kifayət qədər qol vurmaq şansımız oldu. Qələbə qazanmalıydıq, buna layiq idik. Belə oyunlarda qalib gəlməyəndə daha çox məyusluq keçirirsən. Məğlub olsaq da, komandamızla bağlı müsbət məqamları da qeyd etməliyəm: matçın gedişinə uzun müddət nəzarət etdik, səliqəli şəkildə pressinq tətbiq etdik. Bunları etmək heç də asan deyildi”.

Paylaş:
Digər xəbərlər

AÇ

16-05-2024, 18:0

“Skuadra adzurra”da itki

Dünya futbolu

15-10-2023, 15:0

“Skuadra adzurra”nın rekordçusu oldu

Dünya futbolu

14-10-2024, 10:0

Belçika Romada əzmkarlıq göstərdi - İCMAL

Dünya futbolu / Reportaj

20-09-2024, 11:0

Belçika Fransa ilə yenə bacarmadı - İCMAL

Aktual
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
Son xəbərlər
  • Bu gün, 19:00
    "Sumqayıt" "Neftçi"yə qarşı - YENİLƏNİR
  • Bu gün, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Bu gün, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Bu gün, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 17:25
    Doğma klubuna qayıtdı
  • Bu gün, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Bu gün, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Bu gün, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Bu gün, 15:31
    Niderlanda yollanacaq
  • Bu gün, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Bu gün, 14:29
    Milandan Turinə yollana bilər
  • Bu gün, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Bu gün, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 12:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 133
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 121
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə