• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Belçika Romada əzmkarlıq göstərdi - İCMAL

Dünya futbolu

14-10-2024, 10:0

Oktyabrın 10-da Millətlər Liqasının (ML) qrup mərhələsinin 3-cü turuna start verildi.

Turnirin 4-cü mövsümünün ilk iki oyununda maksimum nəticə göstərən İtaliya, İngiltərə və Yunanıstan yığmalarından ikisi büdrədi. İngiltərənin evdə Yunanıstana uduzması daha böyük ajiotaj doğurdu.

Almaniyada bu yay keçirilən qitə çempionatında mübarizəni 1/8 finalda dayandıran İtaliya yığması yeni tsiklə uğurla başlamışdı. Sentyabrın 6-da Parisdə Fransanı 3:1 hesabı ilə məğlub edən “skuadra adzurra” bir neçə gündən sonra İsrailə də qalib gəlmişdi (2:1). Amma Luçano Spallettinin komandası qrupda qələbə seriyasını davam etdirə bilmədi.

Halbuki Belçika ilə ev oyununun əvvəli böyük ölçüdə apenninlilərin rahatca 3-cü qələbəsini qazanacağından xəbər verirdi. Qonaqlar müxtəlif səbəblərdən iki hücumameyilli oyunçudan – yarımmüdafiəçi De Bruyne ilə hücumçu Lukakudan yararlana bilmədilər. Luçano Spallettinin komandası start fiti səslənən kimi hücuma atıldı və bir neçə saniyədən sonra hesabı açdı. Dimarkonun zərbə mövqeyinə çıxardığı Kambyaso ikinci cəhddə italyanları önə keçirdi.

Bununla kifayətlənməyən ev sahibləri hücumlara ara vermədilər və bunun bəhrəsini 24-cü dəqiqədə Reteginin qolu ilə gördülər. Spallettinin komandasının 3-cü qolu vurmaqla belçikalların aqibətini ilk hissədəcə müəyyən etmək istədiyi aydın görünürdü. Lakin Pelleqrini işləri korladı: “Roma”nın yarımmüdafiəçisi rəqibə qarşı kobud “sürüşmə” fəndinə əl atdığı üçün qırmızı vərəqə ilə cəzalandı. Rəqib meydanda azlıqda qalan italyanları dərhal cəzalandırdı: De Kuyper Trossarın ötürməsi ilə fərqi azaltdı.

Fasilədən sonra İtaliya yığmasının siması dəyişdi: apenninlilər diqqəti daha çox müdafiəyə və əks-hücuma ayırmağa başladılar ki, bunu gözləməyə dəyərdi. Amma onlar rəqibin getdikcə artan təzyiqi qarşısında tab gətirə bilmədilər: həmin Trossar birsaatlıq mübarizənin sonunda hesaba tarazlıq gətirdi. Domeniko Tedeskonun komandası qalan vaxtda oyun planında böyüküstünlüyə malik olsa da, sıx müdafiə olunan İtaliyanın qapısına bir daha yol tapa bilmədi. İstənilən halda Belçika yığmasının Romada əzmkarlıq göstərdiyini qeyd etməliyik. “Skuadra adzurra” isə iki xal itkisinə baxmayaraq, 1-ci yerdə qaldı.

Qrupun digər matçında gözlənilən nəticə qeydə alındı. ML-in qrup mərhələsinə İtaliyaya məlubiyyətlə başlayan Fransa Belçikanı evdə 2:0 hesabı ilə məğlub edəndən sonra səfərdə İsrailə də qalib gəldi. Hərçənd yəhudilərlə oyun İsraildəki müharibə vəziyyətinə görə neytral meydanda keçirildi.

Budapeştdəki matça nominal qonaqlar fəal başladılar və 7-ci dəqiqədə Kamavinqa hesabı açdı. Amma buna görə “sınmayan” israillilər çox keçmədən Qandelman ilə cavab qolunu vurdular. Lakin asiyalıların sevinci çox çəkmədi və matçın qalan hissəsində meydanda, demək olar ki, intriqa yaşanmadı. Tezliklə Nkunku fransızları önə keçirdi. Fasilədən sonra 1:2 hesabı uzun müddət dəyişmədi. Amma meydana sonradan çıxan iki futbolçu – Genduzi ilə Barkola Fransanın böyükhesablı qələbəsini təmin etdilər. Didye Deşamın komandası İtaliyaya uduzduğu üçün 2-ci yerdə qaldı. Ran Ben Şimonun çalışdırdığı İsrail isə çox güclü qrupda üçüncü məğlubiyyətini alaraq sonuncu yerdə daha da “möhkəmləndi”.

Qrup mərhələsi, 3-cü tur
A liqası, 2-ci qrup
İtaliya - Belçika 2:2 (2:1)

İtaliya: Donnarumma, Kambyaso, Di Lorentso, Bastoni, Kalafyori, Dimarko (Udoci, 70), Frattezi (Bellanova, 90), Riççi (Facoli, 70), Tonali (Pizilli, 80), Pelleqrini, Retegi (Raspadori, 80).
Belçika: Kastels, Fas, Debast, Teate (Vranks, 69), Manqalya (Kastan, 68), De Kuyper, Tilemans, Dokyu (Fofana, 87), De Ketelare (Lükebakio, 68), Trossar, Openda (Nqonq, 87).
Qollar: Kambyaso, 1 (1:0). Retegi, 24 (2:0). De Kuyper, 42 (2:1). Trossar, 61 (2:2).
Vərəqələr: Trossar, 65. Donnarumma, 90. Pizilli, 90+5 - sarı. Pelleqrini, 40 – qırmızı.
Hakim: Espen Eskos (Norveç).
10 oktyabr. Roma. 44297 tamaşaçı.

İsrail - Fransa 1:4 (1:2)
İsrail: Qlazer, Feynqold, Naxmias, Baltaksa, Abada, Caber (Qropper, 76), Abu Fani (Azulay, 67), Aziza (Biton, 76), Qandelman (Perets, 62), Qlux, Baribo (Xalayli, 62).
Fransa: Menyan, Kunde, Konate, Saliba, T.Ernandes (Din, 90), Çuameni (Zair Emeri, 90), Kamavinqa (Fofana, 70), Dembele, Olise (Barkola, 70), Nkunku (Genduzi, 77), Kolo Muani.
Qollar: Kamavinqa, 7 (0:1). Qandelman, 24 (1:1). Nkunku, 28 (1:2). Genduzi, 87 (1:3). Barkola, 89 (1:4).
Vərəqə: Kamavinqa, 18 - sarı.
Hakim: Nikola Dabanoviç (Monteneqro).
10 oktyabr. Budapeşt. 2226 tamaşaçı.

1. İtaliya 3 2 1 0 7-4 7
2. Fransa 3 2 0 1 7-4 7
3. Belçika 3 1 1 1 5-5 4
4. İsrail 3 0 0 3 3-9 0

Növbəti turun oyunları bu gün keçiriləcək: İtaliya – İsrail, Belçika – Fransa.

Faktlar
* Fransa yığması tarixində 400-cü oyununu keçirdi. Yubiley matçında 230-cu qələbəsini qazanan “üçrənglilər” indiyədək 83 dəfə məğlub olub, 87 oyunda isə rəqibləri ilə heç-heçəyə razılaşıblar.
* Didye Deşam Fransa yığması ilə 162-ci sınağını verdi. O, indi bu planda dünya futbolunda almaniyalı Zepp Herberger ilə 4-5-ci yerləri bölüşür. Milli komandanı daha çox oyuna çıxaran məşqçilər isə uruqvaylı Oskar Tabares (224), almaniyalı Yoahim Löv (198) və danimarkalı Morten Olsendi (166).

Oyundan sonra
Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi:

“Elə epizodlar olur ki, matçın gedişi dəyişir. Bizim ikinci hissədə də yaxşı oynamaq şansımız vardı. Buraxdığımız ikinci qol? Mən diqqəti bəzi epizodlarda irəliləmək şansımız olarkən topu necə itirdiyimizə yönəltmək istərdim. Məlum səbəbdən fasilədən sonra müdafiəyə daha çox diqqət ayırmalı olduq. Azlıqda qalsaq da, rəqibə ikili mübarizələrdə çox da uduzmadıq. Standart vəziyyətlər zamanı çox çətinlik çəkdik. Rəqibin bu baxımdan bəxtinin bir az gətirdiyini də deyə bilərəm”.


Didye Deşam, Fransa yığmasının baş məşqçisi:
“Çoxdandı 4 qol vurmurduq. İsrail yığması oyun ərzində yaxaladğı yeganə qol vəziyyətindən istifadə etdi. Fasilədə futbolçulara texniki qüsurlarımızla bağlı irad və göstərişlərimi bildirdim. İşə ciddi və istəklə yanaşdıq. Fransa yenidən effektli oynamağa başlayıb? Qalib gələndə rəqibin zəif olduğunu deyirlər, biz uduzanda isə dəhşətli vəziyyətdə olduğumuzu iddia edirlər. Mən İsrailin Belçika səviyyəsində komanda olduğunu demirəm. Amma bu müqayisə bu günkü qələbəmizə kölgə salmır. Arenanın hardasa boş olmasına gəlincə, futbolçular belə vəziyyətə uyğunlaşa bilmirlər. Onlara matçdan əvvəl bu vəziyyətin oyuna köklənməyə təsir etməməli olduğunu desəm də, bunun bir faydası olmadı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Reportaj

20-09-2024, 11:0

Belçika Fransa ilə yenə bacarmadı - İCMAL

Dünya futbolu

4-03-2023, 15:0

Liderin iki seriyası qırıldı

Dünya futbolu

12-09-2024, 12:0

İtaliya Fransaya 1954-cü ili xatırlatdı - ŞƏRH

AÇ

19-10-2023, 18:0

İngiltərə İtaliyadan qisasını artıqlamasıyla aldı

Aktual
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
“Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
Son xəbərlər
  • Bu gün, 18:48
    “Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
  • Bu gün, 18:17
    LNZ ilk 15 dəqiqədə qol buraxanda həmişə qələbəyə həsrət qalır - İCMAL
  • Bu gün, 17:46
    ''Beşiktaş'' prezidenti icarədə olan oyunçular və Fernandeş haqda nə dedi?
  • Bu gün, 17:15
    Cokoviçlə Alkaras Madrid turnirindən çəkildi
  • Bu gün, 16:44
    Millimiz Belarusla qarşılaşacaq
  • Bu gün, 16:13
    MBA-nın oyunlarını Amerikada 170 milyon adam izləyib!
  • Bu gün, 15:42
    Makdevid mövsümün bombardiri, Makkinnon snayperi oldu
  • Bu gün, 15:11
    “Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
  • Bu gün, 14:40
    “Turan Tovuz” finala çıxmaq istəmirdi?
  • Bu gün, 14:19
    “Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
  • Bu gün, 13:58
    Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
  • Bu gün, 13:27
    Nəbi İsgəndərovdan növbəti qələbə - Dünya Kuboku
  • Bu gün, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
  • Bu gün, 12:25
    Nəbadə, Elvin!
  • Bu gün, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Bu gün, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Bu gün, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Bu gün, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
Daha çox
Oxunub: 607
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 195
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 184
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə