AÇ-2024-ün seçmə mərhələsinin Malta ilə oyunu Cakomo Bonaventura üçün əlamətdar olub.
“Football-plus.az” xəbər verir ki, İtaliya yığmasının 4:0 hesablı qələbəsi ilə nəticələnən matçda hesabı açıb. Təcrübəli futbolçu milli formada ilk qoluna sevinib. Cakomo “skuadra adzurra”da ilk qolunu vuran ən yaşlı futbolçu olub. Oktyabrın 14-də meydana 34 yaş 53 günlüyündə çıxan “Fiorentina”nın yarımmüdafiəçisi bu göstərici ilə rekord müəyyən edib.
Qeyd edək ki, Bonaventura İtaliya yığmasında 2013-cü ildə debüt edib. O, indiyədək milli formada yalnız 16 oyun keçirib. Bonaventuranın sonuncu dəfə bu formanı 2018-ci ildə geydiyini də bildirək.