“Skuadra adzurra”da itki

16.05.2024 18:50 156
Nikolo Zanyolo tibbi müayinədən keçib.

“Football-plus.az” xəbər verir ki, onun zədəsinin ciddi olduğu müəyyənləşib.

İtaliya yığmasının oyunçusu AÇ-2024-ün final mərhələsini buraxacaq. Bu barədə milli komandanın baş məşqçisi Luçano Spalletti məlumat verib. O, “Aston Villa”nın oyunçusunun zədə səbəbindən nəhəng turnirdə iştirak etməyəcəyini bildirib. Zanyolo İngiltərə premyer-liqasının “Liverpul” ilə matçında (3:3) zədələnib.