Noyerin aqibəti necə olacaq?

18.10.2024 13:29 317
Dünya futbolu
Manuel Noyerin gələn mövsümə hazırkı klubunda başlayıb-başlamayacağı hələ də məlum deyil.

Bu haqda Karl-Haynts Rummenigge açıqlama verib. 38 yaşlı qapıçının “Bavariya” ilə müqaviləsinin müddəti gələn yaya qədər nəzərdə tutulub. Manuel ilə hələ ki yeni müqavilə bağlanmayıb. Klubun idarə heyətinin sədri olan Rummenigge onun məsələsi ilə bağlı belə deyib:

“İndiki məqamda müqaviləni yeniləyəcəyimizi deyə bilmərəm. Amma klubda hər kəs onun “Bavariya” üçün nə dərəcədə vacib oyunçu olduğunu yaxşı bilir”.