Noyerin yerini tuta bilər

16.10.2024 15:16 297
Dünya futbolu
“Bavariya” rəhbərliyi komandanın əsas qapıçısı Manuel Noyeri əvəzləmək üçün namizədlər tapıb.

“Goal” nəşrinin məlumatına görə, Münhen klubu “Brayton”un 22 yaşlı qapıçısı Bart Verbrüggen və “Köln”dən 21 yaşlı Yonas Urbiqlə maraqlanır. Almaniya nəhəngi 38 yaşlı Noyerə uzunmüddətli xələf axtarır.

Buna baxmayaraq, “Bavariya” rəhbərliyi Manuel ilə müqavilənin müddətini uzatmaq niyyətindədi. Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi.