Rummenigge son 5 ildə izlədiyi ən yaxşı oyunu dedi

14.04.2022 19:54 503
Dünya futbolu
“Bavariya”nın idarə heyətinin sabiq sədri Karl-Haynts Rummenigge İngiltərə futbolu haqda düşüncələrini açıqlayıb:

“ÇL-in yarımfinalında İngiltərə və İspaniyanın hərəyə iki təmsiliçisi olacaq. Bu məqam Avropa futbolunun indiki statusunu göstərir. İngiltərə klubları çox güclüdü. “Mançester Siti” ilə “Liverpul” arasında bazar günü keçirilən və 2:2 bitən oyun son 5 ildə gördüyüm ən yaxşı oyun idi”.


Xatırladaq ki, “Bavariya” ÇL-in 1/4 finalında məhz “Vilyarreal”a uduzmaqla mübarizəni dayandırıb.