Nəhayət, “Napoli”nin qələbə yürüşünü dayandıran tapılıb.
"Football-plus.az" xəvər verir ki, A seriyasının lideri 25-ci turun açılış oyununda öz meydanında “Latsio”ya məğlub olub.
Matias Vesinonun 67-ci dəqiqədə vurduğu qol romalıların qələbəsi üçün kifayət edib. Bununla da “Napoli”nin ölkə çempionatında 8 oyunluq qələbə seriyası qırılıb. Luçano Spallettinin komandası bu mövsüm ilk məğlubiyyətini yanvarın 4-də “İnter”lə səfər matçında almışdı (0:1). Şənbə günü neapolluların hücumçusu Viktor Osimhenin də qol vurmaqla bağlı 8 oyunluq seriyası sona çatıb.
Əlavə edək ki, “Napoli” 2022-ci ilin aprelindən sonra evdə ilk dəfə uduzub. Onda “Fiorentina”ya məğlub olan (2:3) Spallettinin komandası “Dieqo Maradona” stadionunda keçirdiyi növbəti 14 matçda (12 qələbə, 2 heç-heçə) uduzmamışdı.