• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İngiltərə İtaliyadan qisasını artıqlamasıyla aldı

AÇ

19-10-2023, 18:0

Çərşənbə axşamı keçirilən oyunlar sırasında əsas diqqət, təbii ki, Londondakı matça yönəlmişdi.

“Football-plus.az” xəbər verir ki, “Uembli”də AÇ-2020-in son finalçıları qarşılaşdı. Sonuncu qitə çempionatının pandemiya səbəbindən 2021-ci ildə məhz bu stadionda keçirilən həlledici matçı İtaliyanın penalti seriyasında İngiltərə üzərində qələbəsi ilə nəticələnmişdi. Futbolun yaradıcıları artıq onları çempionluqdan edən rəqibdən qisasını artıqlamasıyla alıb.

İngiltərə yığması seçmə mərhələdə ilk oyununu martın 23-də İtaliyada keçirmiş və 2:1 hesabıyla qalib gəlmişdi. Qaret Sautqeytin komandası apenninlilərlə növbəti görüşə qədər C qrupunda 5 oyuna 13 xalla liderlik edirdi. Yalnız Ukrayna ilə matçda (1:1) xal itirən adalılar Londonda uduzmayacaqları halda AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanacaqdılar. Seçmə turnirin gedişində baş məşqçisi dəyişən İtaliya isə hər halda evə uğurlu və ya qənaətbəxş nəticə ilə dönməyə çalışacaqdı. Amma bunun qonaqlara asan başa gələcəyini əminliklə demək olmurdu. Meydan amilindən başqa heyət də Luçano Spallettinin komandasının bir qədər əlverişsiz durumda olmasından xəbər verirdi. Səudiyyə Ərəbistanı yığmasına yollanan Roberto Mançininin xələfi ingilislərlə vacib oyunda da itkiləri “sığortalamağa” çalışacaqdı. Kyeza ilə İmmobile zədəli olduqlarına, Tonali ilə Zanyolo isə İtaliyada mərc oyunları ilə bağlı qalmaqalda iştirakına görə ev sahiblərinə qarşı oynaya bilmədilər. İtaliya bu oyunçularsız oktyabrın 14-də Maltanın qapısından 4 cavabsız top keçirmişdi. Amma bir qədər kasad heyət seçmə turnirdə əla görünən İngiltərə qarşısında aciz qaldı.

“Uembli”dəki oyunun əvvəli ev sahiblərinin üstünlüyü ilə keçdi. Qonaq komanda rəqibin ilk dədiqələrdəki təzyiqinə tab gətirməyi bacardı. İtalyanların ilk düşünülmüş hücumu isə qolla nəticələndi: Skamakka Di Lorentsonun ötürməsi ilə hesabı açdı. Meydan sahibləri hesabda geri düşəndən sonra tezliklə özünə gələ bilmədilər. Buna isə İtaliyanın növbəti qolu vurmaq cəhdləri səbəb oldu. Spallettinin komandası bir neçə dəfə Pikfordun qoruduğu qapı qarşısında təhlükəli vəziyyət yaratdı. Amma imkanlardan yararlana bilmədi. Bir qədər arxayınlaşması isə qonaqlara baha başa gəldi: Bellingem komandasına penalti vurmaq hüququ qazandırdı, Keyn isə hesabı bərabərləşdirdi.

İngiltərə fasilədən sonra meydanda diqtə edən komanda oldu. 57-ci dəqiqədə Bellingem ötürmə ilə Reşfordun hesabı 2:1-ə dəyişməsinə şərait yaratdı. 20 dəqiqə sonra isə Keyn rəqib müdafiəsindəki anlaşılmazlıqdan məharətlə yararlanaraq matçda son nöqtəni qoydu. İnamlı qələbə ilə İtaliyadan qisasını artıqlaması ilə alan Sautqeytin komandası gələn il Almaniyada keçiriləcək final turnirinə erkən vəsiqə qazandı. “Skuadra adzurra” isə 2-ci yerdəki mövqeyini itirdi.

Qrupun digər matçı gözlənilən nəticə ilə sona çatdı. Doğrudu, ev sahibi olan Malta yığması Ukrayna ilə oyunun əvvəlində hesabı açmağa müvəffəq oldu. Qrupda bütün oyunlarını uduzan adalılar bir müddət səviyyəcə özlərindən üstün olan rəqibə müqavimət göstərə bildilər. Lakin onların canfəşanlığı yalnız 38-ci dəqiqəyə qədər davam etdi. Həmin anda Kamenzuli topa uğursuz müdaxilə edərək onu öz qapısına yönəltdi. Bundan özünə gələ bilməyən ev sahibləri çox keçmədən qayda pozuntusuna yol verdilər və Dovbik penalti ilə qonaqları önə keçirdi. Sona yaxın Mudrikin qolu Ukraynanın 3:1 hesablı qələbəsini təmin etdi. Sergey Rebrovun komandası əzmkar qələbə ilə xalını 13-ə çatdıraraq qrupda 2-ci yerə yüksəldi. Başqa sözlə, “mavi-sarılar”ın qitə çempionatında iştirak şansı davam edir.

C qrupu
İngiltərə - İtaliya 3:1 (1:1)
İngiltərə: Pikford, Uoker, Stounz (Qehi, 63), Maquayr, Trippyer, Rays, Fillips (Henderson, 70), Reşford, Bellingem (Qriliş, 85), Foden, Keyn.
İtaliya: Donnarumma, Di Lorentso, Skalvini, Açerbi (Bastoni, 63), Udoci (Dimarko, 63), Kristante, Barella, Frattezi, Berardi (Raspadori, 78), Skamakka (Ken, 63), Əl-Şaaravi (Orsolini, 65).
Qollar: Skamakka, 15 (0:1). Keyn, 32-p. (1:1). Reşford, 57 (2:1). Keyn, 77 (3:1).
Vərəqələr: Fillips, 9. Udoci, 10. Di Lorentso, 31. Skalvini, 65 - sarı.
Hakim: Kleman Türpen (Fransa).
17 oktyabr. London. 83194 tamaşaçı.
Malta - Ukrayna 1:3 (1:2)
Malta: Bonello, S.Borq, Pepe, J.Borq, Kamenzuli, Qiyomye, Yankam (Pizani, 86), N.Muskat (Kristensen, 69), Nvoko (Satariano, 68), C.Mbonq (Attard, 78), P.Mbonq (Motebello, 86).
Ukrayna: Trubin, Zinçenko (Pixalyonok, 87), Matviyenko (Svatok, 46), Mikolenko, Zabarnı, Sidorçuk, Karavayev (Zubkov, 76), Mudrik, Sudakov (Nazarina, 67), Dovbik, Vanat (Konoplya, 67).
Qollar: P.Mbonq, 12 (1:0). Kamenzuli, 38-öz qapısına (1:1). Dovbik, 43-p. (1:2). Mudrik, 85 (1:3).
Vərəqələr: Matviyenko, 31. Pizani, 90+3. Zubkov, 90+3 - sarı.
Hakim: Morten Kroq (Danimarka).
17 oktyabr. Ta’Kali. ????? tamaşaçı.
1. İngiltərə 6 5 1 0 19-3 16
2. Ukrayna 7 4 1 2 11-8 13
3. İtaliya 6 3 1 2 11-7 10
4. Şimali Makedoniya 6 2 1 3 7-14 7
5. Malta 7 0 0 7 2-18 0
17 noyabr: İngiltərə - Malta, İtaliya – Şimali Makedoniya.

Oyundan sonra
Qaret Sautqeyt, İngiltərə yığmasının baş məşqçisi: “Qələbəyə görə çox şadam. Yaxşı bilirik ki, ən yaxşı komandalara qarşı oyunlar bizim üçün irəli addım atmaq istədiyimiz sınaqlardı. Fikrimcə, qitə çempionatının seçmə turnirində ən çətin qrupa düşmüşük. Komandamız üzərində təzyiqin olduğunu etiraf edirəm. Biz bu təzyiqi olduğu kimi qəbul etməliyik. Təzyiq ümidlər reallıqdan fərqli olarkən ortaya çıxır. Reallıq isə budu ki, qalib gəlməyi bacaran komandalardan biri olmaq istəyirik”.

Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi: “Hər iki hissədə topa yaxşı nəzarət etdik və sona qədər mübarizə apardıq. Lakin ingilislərin iki əks-hücumu həm vəziyyəti, həm də hesabı dəyişdi. Komandam verdiyim tapşırıqları yerinə yetirməyə çalışdı. Doğrudu, səhvlərimiz də oldu, amma oyunumuzda müsbət məqamlar da var idi. Fürsətləri dəyərləndirə bilmədik. Müdafiədə səhv edən kimi isə qapımızda top gördük”.

Paylaş:
Digər xəbərlər

AÇ

9-09-2023, 22:0

Ukrayna İngiltərə ilə bərabərə qaldı

AÇ / Manşet

27-03-2023, 00:0

AÇ-2024: Seçmə mərhələdə 2-ci turun 8 oyunu keçirildi - YENİLƏNİB

Dünya futbolu

21-03-2023, 18:0

İngiltərə yığmasında 3 itki

Dünya futbolu

14-05-2022, 23:0

İngiltərə kubokunun qalibi bilindi

Yığma

17-10-2023, 10:0

Azərbaycanın rəqibləri qarşılaşdı, İngiltərə uduzdu

Aktual
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
Son xəbərlər
  • Bu gün, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Bu gün, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Bu gün, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Bu gün, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Bu gün, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Bu gün, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Bu gün, 15:05
    AFFA-da seminar keçirildi
  • Bu gün, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Bu gün, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Bu gün, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Bu gün, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
Daha çox
Oxunub: 255
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 222
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 170
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə